admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

İmam Əli (ə) məşhur "İstisqa" xütbəsində buyurub: "Allah nalayiq işlərlə məşğul olan bəndələrini meyvələrin azalması, bərəkətin saxlanılması və yaxşılıqlar xəzinəsinin qapısının bağlanması ilə sınayır ki, tövbə edən yuxudan oyanaraq tövbə etsin, günahı özündən uzaqlaşdırsın (bir daha günaha batmasın). Öyüd alan ibrət götürsün, ayağı özünü saxlayan (günah edib çirkin işlərə meyllənməsin). Allah istiğfarı (Allahdan bağışlanmaq istəməyi) ruzinin artmasının və mehr və rəhmət, yetişməsinin səbəbinə çevirmişdir. (Qur’ani-Kərimin Nuh surəsinin 11-12-ci ayələrində) Allah-təala buyurur: «اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا يُرْسِلِ السَّمَاء عَلَيْكُم مِّدْرَارًا وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ» Rəbbinizdən bağışlanmağınızı diləyin. O, günahları bağışlayandır. (Tövbə etdikdən sonra) O sizə dalbadal yağan bulud göndərər. Sizə mallar və oğullarla kömək edər (sizin mal-dövlət, oğul-uşaqlarınızı çox edər). Allah rəhmət etsin (bağışlasın) tövbəyə və (günahdan) dönməyə üz tutan, törətdiyi günahın silinməsini diləyən (Allah-təaladan öz pis əməlinin cəzasından keçməsini istəyən) və ölümünü qabaqlayan kişiyə."
_______

Mömin qardaşlar, bəla və vəbanı dəf etmək üçün hamımız Allahdan bağışlanmaq diləyib Ona tövbə etməliyik.

İmam Hüseynin (ə) Müqəddəs Ziyarətgahı, Amerikanın Kərbəla Hava Limanını bombalaması ilə bağlı beynəlxalq məhkəməyə şikayət ərizəsilə müraciət etməyi qərara alıb.

13 Mart 2020 ci il (Cümə günü) tarixində Müqəddəs Ziyarətgah, Amerika təyyarələrinin Kərbəla Əyalət Hava Limanını bombalaması ilə bağlı beynəlxalq məhkəməyə şikayət ərizəsilə müraciət etməyi qərara alıb.

Ziyarətgahın rəsmi sözcüsü Əfzəl əl-Şami Kərbəla Beynəlxalq Hava Limanında təşkil olunmuş mətbuat konfransında deyib: "Ziyarətgah bu gün (Cümə günü) səhər İraqın əhəmiyyətli mülki məkanlarından sayılan Kərbəla Beynəlxalq Hava Limanının raketlərlə bombalanması ilə bağlı aidiyyatı üzrə beynəlxalq məhkəməyə müraciət edib.

"Hava Limanında oranın bir işçisi hücum nəticəsində şəhid olmuşdur. Eyni zamada Hava Limanı böyük maddi zərərlərə məruz qalmış və icraçı şirkətə aid olan on ədəd avtomobil yararsız vəziyyətə düşmüşdür."-deyə sözçü əlavə etmişdir.

Allahın adı ilə!
Mömin bacı və qardaşlara şad xəbər!
Bu gün (27/05/1441 - 23/01/2020) səhər Seyid Əli Hüseyni Sistani cənabları Nəcəf Əşrəf şəhərindəki evində çox sayda ziyarətçi heyətini qəbul edib. Onlar Seyid cənablarının sağlıq durumu ilə maraqlanmışlar. Seyid cənablarının böyük oğlu Ayətullah Seyid Məhəmməd Rza atasının əvəzindən hamıya təşəkkürünü bildirmiş və Seyid cənablarınən salam və dualarını Azərbaycan Respublikası, Rusiya Federasiyası və Çin Xalq Respublikasında yaşayan dəyərli azərbaycanlı qardaşlara çatdırmalarını xahiş etmişdir.

Seyid Sistani cənablarının dəftərxanasının məsul şəxsinə istinadən xəbər verilir ki, dünən gecə Seyid cənablarının - kölgəsi əskik olmasın- sol ayağı burxulması nəticəsində sol ayağının budunda sınıq baş verib.

Allahın izni ilə bu gün iraqlı həkimlərin nəzarəti ilə cərrahiyyə əməliyyatı ediləcək.

Möhtərəm Seyid Sistani cənablarının Nəcəf şəhərindəki dəftərxanası sabah cümə gününün rəbiul-axir ayının sonuncu günü və 28.12.2019 tarixinə təsadüf edən şənbə günü hicri tarixi ilə 1441 cəmadiul-əvvəl ayının birinci günü olduğunu elan etmişdir.

Allahın adı ilə!

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf-Əşrəf şəhərindəki dəftərxanası 28 Noyabr 2019 cu il tarixinin (Cümə Axşamı günü), 1 Rəbiul-Axir 1441 hicri qəməri tarixinə təsadüf edəcəyini bəyan edib.

Allah gələn günlərinizi xeyirli qərar versin, amin!

Ayətullah Uzma Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf-Əşrəf şəhərindəki dəftərxanasının yayımladığı bəyanata əsasən, 29 Oktyabr 2019 cu il tarixi 30 Səfər 1441 ci il və 30 Oktyabr 2019 cu il isə 1 Rəbiul-Əvvəl 1441 ci ilə təsadüf edəcəkdir, inşallah.
Allah gələn günlərinizi xeyurli etsin!

Bağışlayan və mehriban Allahın adı ilə.
Möhtərəm Seyid Sistani cənablarının (kölgəsi əskik olmasın) rəyinə əsasən bazar günü axşam (29 şəban 1440) İraq və qonşu məntəqələrdə mübarək ramazan ayının hilalının adi gözlə görsənməsi
sübuta yetməmişdir. Buna əsasən də Seyid Sistani cənablarının (kölgəsi əskik olmasın) fətvasına müvafiq olaraq bazar ertəsi günü şəban ayının sonuncu, çərşənbə axşamı günü isə ramazan ayının birinci günüdür. Allah-təaladan bu mübarək ayı bütün müsəlmanlara bərəkətli etməsini və onları gözəl əməllər yerinə yetieməyə müvəffəq etməsini diləyirik.
Seyid Sistani cənablarının dəftərxanası. Nəcəful-əşrəf.

6 -dən səhifə 93