Yağış suyu

Sual: Üzərində eyni nəcasətin özü olmayan, lakin nəcis olmuş bir əşyanın üzərinə yağış yağarsa, yağışın dəydiyi yerlər pak olarmı?

Cavab: Bəli, pak olar.

Sual: Sidiklə nəcis olmuş bədən və paltarı yağış suyu necə pak edər?

Cavab: Ehtiyata əsasən, iki dəfə yağış yağması lazımdır.

Sual: Yağış nəcasətin üzərinə yağarkən başqa yerə də sıçrayarsa, sıçrayan su nəcisdirmi?

Cavab: Yağış nəcasətin üzərinə yağarkən başqa bir yerə də sıçrayarsa, sıçrayan su özü ilə nəcasəti daşımasa və nəcasətin dadını, ya iyini, ya da rəngini almasa, pakdır.

Sual: Bir binanın tavanı və yaxud damında nəcisaət olarsa, nəcasətə toxunaraq tavandan, yaxud damdakı navalçadan süzülən su, pakdırmı?

Cavab: Bir binanın tavanı və yaxud damında nəcasət olarsa, nəcasətə toxunaraq tavandan, yaxud damdakı navalçadan süzülən su, yağış yağdığı müddətdə pakdır.

Sual: Nəcis olmuş yerə (torpağa) yağış yağarsa, onu pak edərmi?

Cavab: Nəcis olmuş yerə (torpağa) yağış yağarsa, onu pak edər.

Sual: Nəcis olmuş yerə sərilən təmiz döşəyin üzərinə yağış yağarsa və nəcis yerin üstündən axarsa, döşək nəcis olarmı?

Cavab: Döşək nəcis olmaz, yer də pak olar.