Üzük taxmaq
Sual: Ruzi və ya başqa məqsəd üçün üzük taxmaq icazəlidirmi?
Cavab: İcazəlidir.
Sual: Sol ələ üzük taxmağın məkruh olması doğrudurmu?
Cavab: Möminin əlamətlərindən biri sağ ələ üzük taxmaqdır.
Sual: Hansı daş-qaşdan olan üzüklərin taxılması müstəhəbdir?
Cavab: Əqiq və firuzə qaşlı üzük, həmçinin, çin metalından olan üzük taxmaq müstəhəbdir.
Sual: Çin metalından olan üzüyü taxmağın məkruh olması doğrudurmu?
Cavab: Məkruh deyil.
Sual: Əqiq, yaqut, firuzə, Nəcəf dürrü kimi daş-qaşların ölçüsü üzərində səcdə ediləcək miqdarda böyük olarsa, onların üzərində səcdə etmək icazəlidirmi?
Cavab: Zahirə əsasən, icazəli deyil.
Sual: Müsəlman şəxsin qızıl və mis qarışığından düzəldilən üzük taxması icazəlidirmi?
Cavab: Ona qızıl üzük deyilərsə, icazəli deyil.
Sual: Qadının üzük taxması icazəlidirmi?
Cavab: Heç bir maneəsi yoxdur.
Sual: Evlilik bildirən üzükdən əlavə başqa üzük taxmağın hökmü nədir?
Cavab: İcazəlidir.
Sual: Qaşı əqiq və ya digər daş-qaşdan olan üzüklə ayaqyoluna daxil olmağın hökmü nədir?
Cavab: İcazəlidir.
Sual: Əqiq qaşlı üzük taxmaq müstəhəbdirmi?
Cavab: Əqiq qaşlı üzük taxmaq barədə bəzi rəvayətlər nəql olunmuşdur.