Şəvval ayının altı gününün orucu

Sual: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olması barədə sənəd varmı?

Cavab: Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olmasına dəlalət edən hədislərin sənədi saf deyil. Həmin günlərdə - ardıcıl, yaxud ayrı-ayrılıqda – rəca niyyəti ilə oruc tutmaq istəyən, oruca bayramdan üç gün sonra başlasın. Çünki mötəbər mənbələrdə bayramdan sonra üç gün arzində oruc tutmaqdan çəkindirilib. Səbəbi də budur ki, həmin günlər, yeyib-içmək günləridir.