Susmaq orucu
Sual: Susmaq orucu nədir və o, caizdirmi?
Cavab: Bu Yəhya ibn Zəkəriyyə (ə)-ın orucudur ki, (İslam şəriətində) qadağan olunub və haram edilmiş bidət əməldir.
Sual: Şaban ayının birinci günü Yəhya ibn Zəkəriyyə (ə)-ın orucunu tutub gün boyu həm yeyib-içməkdən, həm də danışmaqdan imsak edən (çəkinən) şəxsin orucu barədə rəyiniz nədir?
Cavab: Susmaq orucu (İslam şəriətində) qadağan olunub və haram edilmiş bidət əməldir.