Ruhi xəstənin və bayılmış şəxsin namaz və orucunun hökmü

Sual: Ramazan ayında gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxsin hökmü nədir?

Cavab: Gündüz vaxtı ruhi xəstəlikdən və bayılmadan ayılan şəxs, əgər əvvəldən oruc niyyəti etmişdirsə, lazim ehtiyata əsasən, orucunu tamamlamalıdır. Əgər niyyət etməyibsə, (həmin günün orucunu sonradan) qəza etməlidir.

Sual: Gündüz vaxtı (ruhi xəstəlik, bayılma və uşaqlıq çağından) ayılan şəxsə (həmin günün) orucunun qəzasını yerinə yetirməsi vacibdirmi?

Cavab: Uşaqlıq, ruhi xəstəlik, bayılma və kafirlik dövründə yerinə yetirilməyən orucun qəzası vacib deyildir. Amma gündüz vaxtı ruhi xəstəlik və bayılmadan ayılan şəxs əvvəldən oruc niyyəti edib, lakin orucunu tamamlamasa, qəzasını yerinə yetirməlidir.

Sual: Ramazan ayında gündüz vaxtı periodik ruhi xəstəliyə düçar olmuş şəxs gün batmazdan əvvəl sağalarsa (ayılarsa), hökmü nədir?

Cavab: Əgər həmin şəxs fəcrin doğuşundan əvvəl oruc niyyəti etmişdirsə, lazim ehtiyata əsasən, həmin günün orucunu tamamlamalıdır. Amma əgər oruc niyyəti etməyibsə, ehtiyata əsasən, həmin günün qəzasını yerinə yetirməsi vacibdir.

Sual: Ramazan ayının ortasında ruhi xəstəliyə düçar olmuş şəxs bir neçə aydan sonra sağalarsa (ayılarsa), xəstəlik dönəmində tutmadığı günlərin qəzasını yerinə yetirməsi ona vacibdirmi?

Cavab: Xeyr, vacib deyil.