Qeyri-qanuni çəkilmiş sudan dəstəmaz və qüsl üçün istifadə etməyin hökmü

Sual: Sudan istifadə üçün hökümət tərəfindən evlərə quraşdırılmış su sayğacına müdaxilə edərək və yaxud sayğac quraşdırılmadığı təqdirdə, həmin sudan dəstəmaz və qüsl üçün istifadə etməyin hökmü nədir?

Cavab: Qanuna zidd əməl etməyə icazə verilmir. Amma dəstəmaz və qüsl düzgündür. Yalnız özünüzün istifadə etdiyiniz qədər suyun pulunu dindar fəqirə sədəqə verin.