Oruc

Sual: Bir şəxs Ramazan ayı olduğunu bildiyi halda, başqa bir oruc üçün niyyət edə bilərmi?

Cavab: Bir şəxs, Ramazan ayı olduğunu bildiyi halda, başqa bir oruc üçün niyyət edərsə, tutduğu oruc sayılmaz.  Həmin oruc qürbət qəsdinə zidd olsa, Ramazan ayının orucundan da hesab olunmaz, hətta ehtiyata əsasən, qürbət qəsdinə zidd olmasa belə, Ramazan ayının orucundan sayılmaz.

Sual: Bir şəxs, sübh azanından əvvəl niyyət edib, bütün günü yatar və şam azanından sonra oyanarsa, orucu düzgündürmü?

Cavab: Orucu düzgündür.

Sual: Orucu hansı əməllər batil edir?

Cavab: Səkkiz əməl orucu batil edir:

1.     Yemək və içmək.

2.     Cima (cinsi əlaqədə olmaq).

3.     İstimna (ononizm).

4.     Vacib ehtiyata əsasən, Allahın, həzrət Məhəmmədin(s) və onun canişinləri olan on iki Əhli-Beyt(ə) imamlarının adından yalan danışmaq.

5.     Vacib ehtiyata əsasən, boğaza qatı tozu çatdırmaq.

6.     Sübh azanına qədər cənabətli, heyz və nifas halında qalmaq.

7.     Maye maddə ilə imalə etmək.

8.     Qusmaq.

Sual: İnsan, sahur (obaşdanlıq) yeməyi yeyərkən fəcrin olduğunu anlasa və ağzında loxma olsa, nə etməlidir.

Cavab: Bu halda, ağzındakı loxmanı çölə çıxarmalıdır. Əgər loxmanı ağzından çıxarmayıb qəsdən onu udarsa, orucu batil olar və kəffarə də verməlidir.

Sual: Oruc halında bilməyərəkdən bir şey yeyib içərsəm, orucum batil olarmı?

Cavab: Xeyr, batil olmaz.

Sual: Oruc halında dişlərimin arasında qalmış yemək qırıntılarını bilərkdən udsam, orucum batil olarmı?

Cavab: Bəli, batil olar.

Sual: Sperma xaric olmadığı təqdirdə, cinsi əlaqə orucu batil edərmi?

Cavab: Cinsi əlaqədə olmaq; sperma xaric olmasa belə, yalnız kişinin cinsiyyət orqanının dəllək kəsən hissəsi miqdarında daxil olarsa, orucu batil edər.

Sual: İnsandan qeyri-ixtiyari sperma xaric olarsa, orucu batil olarmı?

Cavab: Xeyr, batil olmaz.

Sual: Ramazan ayında gözə maye dərman tökmək, orucu batil edərmi?

Cavab: Xeyr, batil etməz.

Sual: Oruc tutan şəxsdən yuxuda sperma xaric olarsa, orucu batil olarmı?

Cavab: Orucu batil olmaz, düzgündür.

Sual: Oruc tutan şəxsin ağzını yumasının hökmü nədir?

Cavab: Maneəsi yoxdur.

Sual: Qadınlar bir az Ramazan ayının bütün günlərinin orucunu tuta bilmələri üçün, heyzin qarşısını alan həblərdən istifadə edə bilərmi?

Cavab: Maneəsi yoxdur.

Sual: Mübarək Ramazan ayında qadınların dodaqlarına pomade çəkməsinin hökmü nədir?

Cavab: Maneəsi yoxdur.

Sual: Açıq-saçıq şəkillərə baxmaq və internetdə əxlaqa zidd olan söhbətlər etmək, orucu batil edərmi?

Cavab: Batil etməz.

Sual: Siqaret çəkmək orucu batil edərmi?

Cavab: Vacib ehtiyata əsasən, batil edər.

Sual: Üzürlü səbəb olmadan oruc tutmayan şəxslərə yemək, su və s. qida məhsulları verməyimiz haramdırmı? Yəni onlardan biri evə qonaq gəldikdə ona yemək, çay vermək icazəlidirmi?

Cavab: Üzrlü səbəb olmadan oruc tutmurlarsa, vacib-ehtiyata əsasən, haramdır.