Oruc halında saqqız çeynəmək olarmı?

Sual: Cənabınızın bir fətvasında deyilir ki, Ramazan ayında gündüz vaxtı saqqız çeynəmək orucu batil edənlərdən sayılmır. Bu hökm, yalnız dadı olmayan saqqıza aiddir, yoxsa dükanlarda mövcud olan bütün növlərə şamildir?

Cavab: Oruc halında saqqız çeynəməyin – onun ağız suyunda dadı olsa, lakin hissələrə parçalanmasa – maneəsi yoxdur. Amma dükanlarda mövcud olan saqqızların tərkibi əsasən, şəkər və bu kimi hissələrdən ibarət olur ki, onu çeynəməyə başlayarkən ağız suyunda parçalanır. Oruc tutan ondan (həmin hissələrin ağız suyunda parçalanmasından) çəkinməlidir. Həmin hissələr, əvvəlcədən çeynəməklə belə olsa, aradan getsə maneəsi yoxdur.