Neft məhsullarının satışı

Sual: Mənim qonşum maşını üçün (dövlətdən xidməti) yanacaq alır və sonra da onu öz məntəqəsində satır. Bunun hökmü nədir?

Cavab: Buna icazə verilmir. Əksinə onlar (dövlətdən) aldıqlarını lazım olan yerlərə istifadə etmələrində dövlətin qoyduğu şərtə əməl etməlidirlər. Bu yanacaq — qanuna zidd olaraq satılarsa, — onlar satış sövdələşməsi daxilində məsuliyyət daşıdıqları üzərə əldə olunan gəliri sədəqə verməlidirlər. Qarşı tərəf hər hansı məqamda dövlət ilə sövdələşməyə riayət etməzsə və onu (yanacağı) özünə aid müəyyən yerə sərf edərsə, sövdələşmə batil olar. O, dövlətdən aldığı şeyə sahib deyildir.

Sual: Dövlət bir çox orqanları cəmiyyətə aid olan yerlərə sərf etmələri üçün ucuz qiymətə müəyyən miqdarda yanacaq ilə təmin edir. Lakin əksər hallarda bəziləri bu yanacağı təyin olunmuş yerlərə sərf etmək əvəzinə satırlar. Bunlara misal:

1. Bəzi maşın sahibləri (yanacaqdoldurma) məntəqələrindən yanacağı alıb qara bazarda satır.
2. Bəzi generator sahibləri dövlətin onlara ayırdığı yanacaq payının bir hissəsini satır və bununla da vətəndaşlar üçün generatorun işləmə saatlarını azaldırlar.
3. (Kərpic cavodu və s. kimi) zavodların işləməsinə görə yanacaq ayrılmasına baxmayaraq zavod (və fabrik) sahibləri özlərinə düşən paylarını satırlar ki, bu da zavodların istehsal gücünün azalmasına, yaxud da tamamilə durmasına gətirib çəxarır. Bunların hökmü nədir?

Cavab: Buna icazə verilmir. Əksinə onlar (dövlətdən) aldıqlarını lazım olan yerlərə istifadə etmələrində dövlətin qoyduğu şərtə əməl etməlidirlər. Bu yanacaq — qanuna zidd olaraq satılarsa, — onlar satış sövdələşməsi daxilində məsuliyyət daşıdıqları üzərə əldə olunan gəliri sədəqə verməlidirlər. Əməkdaş hər hansı məqamda dövlət ilə sövdələşməyə riayət etməzsə və onu (yanacağı) özünə aid müəyyən yerə sərf edərsə, sövdələşmə batil olar. O, dövlətdən aldığı şeyə sahib deyildir.

Sual: Dövlət cəmiyyətdəki madiyyat zəifliyini nəzərə alaraq vətəndaşlara neft törəmələrini dəstəkverici qiymətlərlə satır. Lakin bəzi araçılar bu neft törəmələrinin al-verini edərək onları vətəndaşlara dövlət tərəfindən təyin olunmuş qiymətdən baha satırlar. Buna icazə verilirmi?

Cavab: Buna icazə verilmir. (O şəxsin bu yolla) əldə etdiyi qazanc qanunsuzdur, haramdır.

Sual: İraqda böyük yanacaq böhranı vardır. Bəzi insanlar yollarda (qara bazarda) yanacağı dövlətin müəyyən etdiyi qiymətdən on qat baha satırlar. Bu satışın hökmü nədir?

Cavab: Bu sahədə qəbul olunmuş qanunlardan yayınmaq olmaz!