Maraqlı filmə tamaşa etmək, yoxsa namazı vaxtında qılmaq?

Sual: İnsan filmə tamaşa etdiyi zaman namaz vaxtı yaxınlaşarsa, namazını əda edəcək vaxta qədər təxirə sala bilərmi?

Cavab: Yalnız üzrlü halda namazın fəzilətli vaxtını təxirə salmaq olar. Lakin sualda deyildiyi tərzdə namazın fəzilətli vaxtını təxirə salmaq müsəlmana yaraşmaz.

Sual: Zöhr namazının azanını eşidən müsafir bir şəhərdən digər şəhərə, yaxud bir ölkədən digər ölkəyə namaz qılmadan səfər edir və Günəş qürub etdikdən sonra səfər etdiyi yerə çatır. Bu halda o, günahkardırmı və Zöhr namazının qəzası ona vacibdirmi?

Cavab: Bəli, o, vacib əməli qəsdən yerinə yetirmədiyinə görə günah etmişdir və namazın qəzası da yerinə yetirməlidir.

Sual: Quru mürəkkəb dəstəmaz və ya qüslün düzgünlüyünə xələl gətirirmi?

Cavab: Əgər mürəkkəb suyun dəriyə yetişməsinə maneçilik törətmirsə, qüsl və dəstəmaz düzgündür. Amma şəkk və tərəddüd olan təqdirdə, maneə aradan qaldırılmalıdır.