Müstəhəb qüsllər

Sual: Müstəhəb Cümə qüslü nə vaxta qədər verilə bilər?

Cavab: Cümə qüslünün vaxtı, cümə fünü sübh azanından şam azanına qədərdir.

Sual: Cümə qüslünü almaq üçün ən yaxşı vaxt nə zamandır?

Cavab: Zöhrə yaxın alınması daha yaxşıdır.

Sual: Cümə günü Cümə qüslü edə bilməsə, sonra edə bilərmi?

Sual: Cümə günü qüsl edə bilməsə, şənbə günü günəş qürub edənədək qəza etməsi müstəhəbdir.

Sual: Cümə günü su tapa bilməyəcəyindən qorxan şəxs, cümə axşamı cümə qüslü verə bilərmi?

Cavab: Bəli, verə bilər.

Sual: Ramazan ayının hansı gecələrində qüsl almaq müstəhəbdir?

Cavab: Ramazan ayının 1, 17, 19, 21, 23 və 24 cü gecələrində qüsl almaq müstəhəbdir.

Sual: Fitr və Qurban bayramlarının qüslü nə zaman edilir?

Cavab: Sübh azanından günəş qürub edənədəkdir. Lakin bayram namazından əvvəl verilməsi, daha yaxşıdır.

Sual: Zilhiccə ayının müstəhəb qüslləri vardırmı?

Cavab: Zilhiccə ayının 8 və 9 cü gününün qüslləri. Doqquzuncu gün zöhrə yaxın qüsl vermək, daha yaxşıdır.