Müalicə

Sual: Bir nəfər cavan oğlan narkotik maddələrin istifadəçisi olub. Hal-hazırda o narkotik maddələrin istifadəsini tərk edib. Lakin onun bədəni bu maddələrin təsiri nəticəsində şiddətlə ağrayır. Bəzi şəxslər ona bu ağrıların qarşısını almaq üçün araq və konyak kimi spirtli içki içməsini tövsiyə edir. Əslində, spirtli içkilərin qəbulu bu şiddətli ağrıları müəyyən dərəcədə azaldır. Lakin bilmək istərdik ki, bu halda spirtli içki içmək şəriət baxımdan caizdirmi?

Cavab: Sərxoş edici maddələrlə müalicə etmək icazəli deyil. Amma əgər müalicə zəruri olsa və ona dözmək mümkün olmasa və ondan başqa müalicə yolu olmasa, bu halda zəruri miqdarda (artıq yox) istifadə etməsi icazəlidir. Eyni halda yaxşıdır ki, nə qədər çətin də olsa, ağrıya dözsün və Allahdan kömək diləsin.