Lotereya biletləri

Lotereya biletleri bəzi şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir neçə formada təsəvvür oluna bilər:

1. Pulu həmin vərəqin müqabilində püşkü qazanmaq və mükafatı əldə etmək ehtimalı ilə versin. Bu halda alış-veriş şübhəsiz, haram və batildir. Əgər bir şəxs bu haram işi etsə və püşk atarkən qazansa, püşk atan şirkət dövlət şirkəti olsa, hədiyyə ünvanı ilə aldığı məbləğ sahibi məlum olmayan əmlakdan sayılacaq və ondan istifadə etməyin caiz olması şəriət hakiminə müraciət etməklə şərtlənir. Əgər həmin şirkət özəl olsa, həmin maldan istifadə etmək o zaman caizdir ki,  - hətta onun malı olmadığını bilsə belə - sahibinin onun istifadəsinə razı olmasını bilsin.

2. Pul verməkdə məqsəd qazanc və mükafat əldə etmək yox, məktəb tikdirmək, körpü inşa etdirmək kimi xeyriyyə işlərində iştirak etmək maddi yardım göstərmək olsa, eybi yoxdur. Bu fərziyyədə, əgər püşk bir adamın adına çıxarsa şırkət də dövlət şirkətidirsə, mükafatı almaq vacib ehtiyata görə, şəriət hakiminin icazəsi ilə və ona müraciət etməklə ondan istifadə etməyin eybi yoxdur. Əgər dövlət şirkəti olmasa, verilən hədiyyədən istifadə etməkdə şəriət hakiminə müraciət etməyə və onun icazəsinə ehtiyac yoxdur.

3. Pul verməkdə məqsəd şirkətə borc vermək olsun; belə ki, alıcı (lotereyanı alan) müəyyən məbləği, misal üçün, altı aylıq şirkətə borc verib, şirkətdə qeyd olunan məbləği qaytarmaqla yanaşı püşk atmaqla adı çıxan şəxsə müəyyən məbləği mükafat ünvanı ilə verməyə iltizamlı olur. Bu alış-veriş haramdır. Çünki bu, ribalı borc qismindən sayılır.