Həcdə səy etməyin qaydaları

Sual: Səyi yerinə yetirməyin müstəhəb əməlləri varmı?

Cavab: Səfaya doğru mətanət və vüqarla “Həcərul-əsvəd”-in qarşısında olan qapıdan çıxmaq, Səfaya qalxarkən Kəbəyə nəzər salmaq, “Həcərul-əsvəd” olan sütunla üz-üzə dayanmaq, Allah-təalaya həmd-səna etmək və Onun nemətlərini xatırlamaq müstəhəbdir. Sonra 7 dəfə “Allahu əkbər”, 7 dəfə “Əlhəmdulillah”, 7 dəfə “La ilahə illəllah” və 3 dəfə “La ilahə illəllahu vəhdəhu la şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu, yuhyi və yumitu, və huvə həyyun la yəmutu, və huvə əla kulli şey`in qədir”- demək və daha sonra salavat zikr edib 3 dəfə “Allahu əkbər, əlhəmdulillahi əla ma hədana, əlhəmdulillahi əla ma əulana, vəlhəmdulillahil-həyyil-qəyyum, vəhəmdulillahil-həyyud-da`im”, 3 dəfə “Əşhədu əlla ilahə illəllah, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu, la nə`budu illa iyyahu, muxlisinə ləhud-din, və ləu kərihəl-muşrikun”, 3 dəfə “Allahummə inni əs`əlukəl-əfvə vəl-yəqinə fid-dunya vəl-axirəti”, 3 dəfə “Allahummə a-tina fid-dunya həsənətən və fil-axirəti həsənətən, vəqina əzabən-nar”, 100 dəfə “Allahu əkbər”, 100 dəfə “La ilahə illəllah”, 100 dəfə “Əlhəmdulillah”, 100 dəfə “Subhanəllah” ardınca bir dəfə “La ilahə illəllahu vəhdəhu vəhdəhu, əncəzə və`dəhu, və nəsərə əbdəhu, və ğələbəl-əhzabə vəhdəhu, fələhul-mulku, və ləhul-həmdu, vəhdəhu vəhdəhu, Allahummə barik li fil-məutu və fima bə`dəl-məuti, Allahummə inni əuzu bikə min zulmətil-qəbri və vəhşətihi, Allahummə əzilləni fi zilli ərşikə yəumə la zillə illa zillukə”- demək, müstəhəbdir.

Sonra hacının özünü, dinini və ailəsini Allaha əmanət edib bu duanı oxuması müstəhəbdir: “Əstəudiullahər-rəhmanər-rəhiməl-ləzi la tədiu vəda`iuhu dini və nəfsi və əhli, Allahumməs-tə`milni əla kitabikə və sunnəti nəbiyyikə və təvəffəni əla millətihi, və əizni minəl-fitnəti”. Daha sonra 3 dəfə “Allahu əkbər”- deyib yuxarıda qeyd olunan zikrləri iki fəfə oxuması və yenidən bir dəfə “Allahu əkbər”- deyib həmin zikrləri təkrar etməsi, müstəhəbdir.

Möminlərin əmiri imam Əli (ə) buyurub: “Hacı Səfaya qalxarkən Kəbə ilə üz-üzə dayanıb əllərini qaldırsın və desin: “Allahumməğfir li kullə zənbin əznəbtuhu qət, vəin udtu, fəud əleyyə bil-məğfirəti, fəinnəkə əntəl-ğəfurur-rəhim, Allahumməf`əl bi ma əntə əhluhu, fəinnəkə in təf`əl bi ma əntə əhluhu tərhəmni, vəin tuəzzibni fəəntə ğəniyyun ən əzabi və ənə muhtacun ilə rəhmətikə, fima mən ənə muhtacun ilə rəhmətihi irhəmni, Allahummə la təf`əl bi ma ənə əhluhu, fəinnəkə in təf`əl bi ma ənə əhluhu tuəzzibni və lən təzlimni, əsbəhtu əttəqi ədləkə və la əxafu və la əxafu cəurəkə, fima mən huvə ədlun la yəcuru irhəmni.”

İmam Cəfər Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: “Mal-dövlətinin artmasını istəyirsənsə, Səfada çox dayan.”

Səyi piyada etmək, yeriyərkən mətanət və vüqarla getmək, birinci minarədən ikinci minarəyə qədər tez-tez yerimək, müstəhəbdir. Amma qadınların (həmin yerdə) tez-tez yeriməsi, müstəhəb deyil.

Sonra mətanət və vüqarla yeriyib Mərvəyə qalxması və orada Səfada etdiklərini yerinə yetirib bu minvalla Mərvədən Səfaya qayıtması müstəhəbdir.

Əgər süvari olsa, iki minarənin arasında sürətini artırması, ağlaması, ağlamsınması, Allaha çox dua edib yalvarması, müstəhəbdir.