Əl verib görüşməyin hökmləri
Sual: Kişinin qadına əl verməsinin hökmü nədir?
Cavab: Caiz deyildir.
Sual: Kişinin qadına və yaxud qadının kişiyə əl verməsinin hökmü nədir?
Cavab: Arada əlcək kimi maneə yoxdursa, caiz deyildir.
Sual: Kafirə qadına əl vermək haramdırmı?
Cavab: Haramdır.
Sual: Bir qız və ya qadın salam verib (əl uzadıb), İslam baxımından (salama cavab olaraq həmin qız və qadına) əl verməyin hökmü nədir?
Cavab: Haramdır.
Sual: Nişanlı bir qadının – yaxın və ya uzaq qohumlarından – naməhrəm olan bir kişiyə əl verməsinin hökmü nədir?
Cavab: Arada əlcək kimi maneə olmasa, caiz deyildir.