Ət satışı

Sual: Mənə vəzifəm şəri qayda ilə kəsilməyən əti bişirmək olan bir restoranda işləməyə icazə verilirmi? Onu da qeyd edim ki, işim, yalnız aşbazlıqla məhdud olduğu üçün müştərilərə yemək təqdim etmirəm.

Cavab: Buna icazə verilir.

Sual: Restoranlarda və ət satışı dükanlarında “Sadya” markalı Braziliyadan gətirilən toyuqlar vardır. Deyilənə görə bu sallaqxananın (heyvan kəsimi yerinin) sahibi müsəlman bir insandır və kəsim əməliyyatı üçün də şəri izn almışdır. Buna dair Sizin rəyiniz nədir?

Cavab: Bu ətlərlə ümumi normalar əsasında davranılır. Şəri qaydalar əsasında kəsilməsinə, yaxud da onları müsəlman bir şəxsin şəri qaydalar əsasında kəsməsinə dair məlumatda arxayınlıq yaranarsa, yeyilməsi halaldır. Əks halda isə yeyilməsinə icazə verilmir.

Sual: Restoranlarda və ət satışı dükanlarında Braziliyadan və digər yerlərdən idxal edilən toyuqlar vardır. Onların qablarının üzərində də İslam qaydalarına görə kəsilmələri yazılmışdır. Bunu yeməyə icazə verilirmi?

Cavab: Bu ətlərlə ümumi normalar əsasında davranılır və halal olmalarına da iki halda hökm verilir:

1. Şəri qaydalar ilə kəsilməsi bilinərsə və ya, buna arxayınlıq yaranarsa;

2. Şəri qayda ilə kəsməyə riayət etməsi ehtimal olunan — bu ehtimal olunmasa belə — müsəlman bir satıcıdan alındıqda və üzərində şəri qayda ilə kəsilmə əlaməti vurulduqda.

Ətlərin mənşə ölkədən gətirilməsindəki vasitəçilərdən biri müsəlman olarsa, hökm eyni olacaqdır və onların üzərindəki yazıya əhəmiyyət verilməyəcəkdir.

Sual: Müsəlman ölkələrindən idxal edilən və üzərində: “İslam qaydalarına əsasən kəsilmişdir.” – cümləsi yazılan toyuğun alışına və satışına icazə verilirmi?

Cavab: Qeyd olunmuş cümlə onun üzərində, istər yazılmış olsun, istərsə də yox, şəriət qaydalarına uyğyn olaraq kəsilməsini bilməsəndə, onu yeyə, sata və ala bilərsən.

Sual: Qeyri-müsəlman ölkələrdən idxal edilən və üzərində: “İslam qaydalarına müvafiq kəsilmişdir” cümləsi yazılan toyuğu yemək, satmaq və almaq olarmı?

Cavab: Onun iddia ilə deyil, həqiqətən də, İslam qaydalarına müvafiq kəsilməsinə arxayın olmadıqca onu yeyə bilməzsən.

Sual: Amerikada restoran satın almaq və orada — özünə halal bilənlər üçün — şəri qaydalara müvafiq olaraq kəsilməyən ət satmaq istəyirəm. Bu barədə mən Sizə sual ünvanlamışdım və cavab buna icazə verilmədiyi olmuşdur. İşin halallılığının olmasına görə (niyyəti dəyişərək) əldə etdiyim pulu “dirçəlməyə görə” və ya “püxtələşmək haqqı” hesab edə bilərəmmi?

Cavab: Bu, ikinci tərəfin də (məsələyə) yanaşmanı eyni qaydada icra etdiyində düzgün olar. Yox əgər (ikinci tərəf) satın almaq niyyətində olarsa, sövdələşən tərəflərin niyyətləri üst-üstə düşməz. Bəli, qeyri-müsəlmandan razılığı ilə əldə olunan pulu xərcləmək olar.

Sual: Qeyri-müsəlman ölkələrdən idxal edilən, xüsusilə də “Sadiya toyuğu” və digərləri kimi bəziləri üzərində bir sıra islami müəssisələrin rəhbərliyi və ya nəzarəti olan, yaxud da bəziləri üzərində “halal”, “İslam qaydalarına əsasən kəsilmişdir” və digər buna bənzər yazılar yazılmış ətlərin satılmasının hökmü nədir?

Cavab: Şəriətə uyğun kəsilməsində şəkk olsa da belə eybi yoxdur. Lakin, ehtiyata əsasən, bu barədə müştəriyə xəbərdarlıq edilməlidir. Ehtimal ki,  o, məsələn, şəriətə müvafiq kəsilməsində şəkki olan ətlərdən yeməyə məhəl qoymayandır və bu xəbərdarlıq ona təsir qoyacaqdır.

Sual: Qoç əti adı ilə satdığı ətin əvəzinə qəssaba dişi qoyun əti verməsinə icazə verilirmi?

Cavab: Qəssaba qoç əti adı ilə satdığı ətin əvəzinə dişi qoyun əti verməsinə icazə verilmir. Əgər belə etmiş olarsa, seçim müştəriyə təsbit edilir. Belə ki, əgər o, əti şəxsi istifadə üçün alıbsa, qoç ətini tələb etməlidir. Satış üçün almışdırsa, (məsuliyyət) bötünlükdə üzərinə düşür. Bunun bənzəri olan digər hallarda da — belə ki, müştəriyə paltarı rəngi getməyən adı ilə satıb, rəngi gedəni verdikdə də — hökm eynidir.

Sual: Ət, piy və onların törəmələrinin satışının hökmü nədir?

Cavab: Şəri qaydalara əsasən kəsildiyi ehtimal olunan heyvanın ətinin, piyinin və onların törəmələrinin satışına icazə verilir.  Buna (şəri qayda ilə kəsməyə) əməl olunmasa, onlardan yemək olmaz! Lazım ehtiyata əsasən, şəri qayda ilə kəsilməyə əməl olunmadıqda bu barədə müştəriyə bildirilməlidir. Şəri qayda ilə kəsildikdə də — ətin bu qayda ilə kəsilib-kəsilmədiyini mühüm saymaması ehtimal olunan — müştəriyə bildirilməlidir ki, bəlkə bu, ona təsir edə.

Aşağıdakı xüsusiyyətlərdən biri mövcud olduqda ət və bu qəbil şeylərə halallıq hökmü şamil edilir:

1. Müsəlman bir kəsin əti yemək üçün təqdim etməsi, dərini geyim və döşənəcək kimi hazırlaması misalı davranışlarıdan heyvanın şəri yolla kəsilməsinin anlaşılması;

2. Ətin, istər müsəlmanın, istərsə də dini mənsubiyyəti bilinməyən bir şəxsin vasitəsilə müsəlman bazarında satılması;

3. Konservləşdirilmiş ət, ayaqqabı və s. kimi dəri məmulatlarının İslam ölkələrində istehsalı.

Sual: Braziliya və digər xarici ölkələrin istehsalı olan və üzərində: “İslam şəriətinə uyğun olaraq kəsilmişdir” – yazılan ət yeməklərinin satışının hökmü nədir?

Cavab: Şəri qayda ilə kəsilməsində şəkk olan xarici ətlərə gəldikdə, onların satılmasının eybi yoxdur. Lakin vəziyyətin müştəriyə bildirilməsi labüddür. Ehtimal ki, (o, ətin necə kəsilməsinə əhəmiyyət vermir və) bu, ona təsir edər (yəni, bunun şəriətin bir tələbi olduğunu xatırlayıb bundan sonra, yalnız halal ət alar).

Sual: Kəsilmiş qoyun ətini üstündə artığını verməklə diri qoyun almaq sövdələşmösi düzgündürmü?

Cavab: Eyni cinsdən olduğu üçün düzgün deyildir və üstündə artığını vermək sələm (riba) sayılır.

Sual: Bazarlarda olan hazır toyuq və xarici ət barəsində cənabınızın rəyini açıqlamasını xahış edirik.

Cavab: Xarici ölkələrdən idxal edilmiş şəri qayda ilə kəsilməyən ətlərin yeyilməsi halal deyildir. Onları vəziyyəti müştəriyə bildirmək şərtilə — bunun ona təsir edəcəyini ehtimal edilərək —satmaq olar.

Sual: Müsəlman bazarlarından Hindistan ətlərini almaq, onları satmaq və ya yemək olarmı?

Cavab: Qeyri-müsəlman ölkələrdən idxal edilmiş və sair kafir insandan alınmış şəri qayda ilə kəsilməsi ehtimal olunan heyvandan əldə olunması ehtimal edilən əti, piyi və dərini — vəziyyəti müştəriyə bildirməklə — satmaq olar. Lakin heyvan şəri qayda ilə kəsilməsə, yaxud onu müsəlmanın kəsməsi kimi sübut olmazsa, ondan yemək olmaz! Müsəlman bir şəxsin əti kafirdən aldığı məlum olarsa, onun ətin şəri qayda ilə kəsilib-kəsilməməsini kafirdən öyrənib arxayın olmadığı təqdirdə, fəqət onun müsəlman olması (ətin müsəlman bir kəsdən alınması) kifayət etməz.

Bəli, müsəlman ölkələrində satış üçün qoyulan ətlərin vəziyyəti və ya mənşə ölkəsi bəlli olmasa, onların şəri qayda ilə kəsilməsinə bir nişanə kimi bazarın müsəlman bazarı olması kifayət edər.