Gen mühəndisliyi

Sual: “Gen mühəndisliyi” sahəsində bəzi alimlər genlərə təsir etməklə aşağıda qeyd olunan formada insan nəslini bioloji yolla yaxşılaşdırmaq barədə iddialar edirlər:

1. Forma və görünüşdəki çirkinliyi aradan qaldırmaq.

2. Bunun əvəzinə gözəl spesifikalar hazırlamaq.

3. Hər ikisini icra etmək.

Alimlərin bunu etmələri icazəlidirmi? Müsəlman şəxs həkimlərə genini bioloji yolla yaxşılaşdırmalarına icazə verə bilərmi?

Cavab: Əgər bunun başqa mənfi təsirləri olmasa, öz-özlüyündə, maneəsi yoxdur.

Sual: Atalardan övladlarına keçən bəzi irsi xəstəliklər var ki, bu da gələcəkdə uşqaların həyatı üçün təhlükə yaradır. Müasir elm həmin xəstəliklərin bəzisinin müalicə yollarını kəşf edib. Belə ki, qadının yumurta hüceyrəsini sınaq borusunda mayalandırıb embrionları müayinə etdikdən sonra onların arasından sağlamlarını seçirlər. Daha sonra isə (seçilmiş sağlam) embrionları ananın rəhminə yerləşdirirlər. Həkim yerdə qalan embrionları tələf edir. Belə bir əməliyyat şəriət baxımından icazəlidirmi?

Cavab: Bunun öz-özlüyündə, maneəsi yoxdur.

Sual: Sınaq borusunda mayalandırma prosesi zamanı bəzən, eyni vaxtda bir neçə embrion əmələ gəlir. Bunların hamısını ananın rəhminə yerləşdirmək onun həyatı üçün ölüm təhlükəsi yarada bilər. Biz sağlam embrionu seçib, digərlərini tələf edə bilərikmi?

Cavab: Sınaq borusunda spermatozoidlə mayalandırılmış yumurta hüceyrəni ananın rəhminə yerləşdirmək vacib deyil. Sualda qeyd olunduğu kimi, onlardan birini seçib digərlərini tələf etmək, icazəlidir.