Ehram miqatları
Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi?
Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz.
Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi?
Cavab: Xeyr, caiz deyildir.
Sual: Ehram miqatları neçədir?
Cavab: Ehram miqatları doqquzdur; 1. Zul-Huleyfə, 2. Əqiq vadisi, 3. Cöhfə, 4. Yələmləm, 5. Qərnul-Mənazil, 6. Adı çəkilən miqatlardan hər hansı birinin müqabili, 7. Məkkə, 8. Mükəlləfin yaşadığı ev, 9. Ədnəl-Hill.
Sual: Ehram miqatları nə deməkdir?
Cavab: Müqəddəs İslam şəriətində ehram bağlamaq üçün yerlər müəyyən edilib. Bu yerlərə miqat deyilir. Ehramın bu yerlərdə bağlanması vacibdir.