Dərman satışı

Sual: Əczaçı dərmanı onun üçün dəyərləndirdiklərindən baha qiymətə sata bilərmi?

Cavab: Xeyr, sata biləz.

Sual: Dərmanı küçəyə döşəyib satan satıcılardan almaq olarmı?

Cavab: Onların işi riayət olunması gərəkən nizam-intizama müxalif olub qadağan olsa da, almaq olar.

Sual: Səhiyyə müəssisələrindən pulsuz paylanan dərmanları satmaq və ya satın almaq olarmı?

Cavab: Bu dərmanlar qeyri-qanuni yolla əldə edilmişdirsə, onlardan bu cür yararlanmaq olmaz. Yox əgər onların əldə edilməsi dərman kartları vasitəsilə qanuni yolla baş vermişdirsə, onlardan bu cür yararlanmaqda heç bir maneə yoxdur.

Sual: Şəxsi (qeyri-dövlət) apteklərin sahiblərinə (qeyri-qanuni yolla əldə edilmiş) dərmanları satın almağa icazə verilirmi?

Cavab: Səhiyyə mərkəzlərindən və dövlət xəstəxanalarından əldə edilən dərmanlardan qanuni bir vasitə olmadan yararlanmaq olmaz.

Sual: Son zamanlar bəzi yerli və ticari bazarlarda dərmanların alqı və satqısı aşkar şəkildə artmışdır. Biz cənabınızın buna dair rəyini iki yöndən açıqlamasını xahiş edirik:

Birinci: Bəzi vətəndaşlar yardım məqsədilə gətirilən dərmanları bu və ya digər yolla satın alır, sonra da qonşu ölkələrdən gələn bəzi şəxslərə satırlar.

İkinci: Vəkalət sahibləri (distribüterlər) tərəfindən İraqa daxil edilən bəzi dərmanlar, bilirik ki, “keyfiyyətə nəzarət” adlanan dərman nəzarətindən keçmir və birbaşa bazarlarda satılır.

Cavab: Birinci: Bu, yol verilməzdir.

İkinci: Bunda heç bir təhlükə olmazsa, eybi yoxdur. Əks təqdirdə isə icazəli deyil.

Sual: Xəstələrin dərmana ehtiyacları olduğu, bəzən də ehtiyaclarının həddən artıq olduğu bir halda dərmanı iş yerindən kənarda, qara bazarda satan əczaçıya və ya həkimə dair rəyiniz nədir? Məvacibinin azlığına görə həkimin buna ehtiyacının olub-olmaması eynidirmi?

Cavab: Biz buna əsla, icazə vermirik.

Sual: Alkoqol (spirt) bir çox məlhəm və dərmanların tərkibinə qatılır. Onları içmək olarmı? Onlar pak hökmündədirlərmi?

Cavab: Onlar pakdır və onlarda istifadə olunan spirt çox cüzi miqdarda olduğundan içilməsinə də icazə verilir.

Sual: “Halal buyurulmuş fayda”- dedikdə, nə nəzərdə tutulur?

Cavab: O, sezilməsi ilə əşya adət edilmiş bazar qiyməti kəsb edən halal mənfəətdir. Elm, — o, istər ümumi kütlə, istərsə də xüsusi təbəqə, istər mütləq hallar, istərsə də fövqəladə bir  hal üçün qəbul edilən olsun — bəzi ixtisas sahibləri ilə onun varlığını xüsusiləşdirmişdir. Müalicə üçün ehtiyac duyulan dava və dərmanlarda da, habelə, belədir.

Sual: Hal-hazırki vaxtda spirtdən (faktiki olaraq o, məstedicidir) çox dərmanların (xüsusilə də siropların) və ətirlərin (xüsusilə də xaricdən idxal edilən odekolon növlərinin) istehsalında istifadə edilir. Bunu bilən və bilməyən adama bu qeyd etdiklərimizi satmasına, almasına, hazırlamasına, istifadə etməsinə və sair faydalanma yönlərinə icazə verirsinizmi?

Cavab: (Bu dərmanların) alınmasına, satılmasına və istifadəsinə icazə verilir. İçilməsinə gəldikdə isə, tərkibindəki spirtin faizi məst etməyəcək dərəcədə cüzi olarsa, buna icazə verilir.

Sual: Mən əczaçı həkiməm və son zamanlar yaranan yeni bir təzahür haqda məlumat əldə etmək istəyirəm. Bu təzahür ümumdünya şirkətlərin dərmanlarının saxtalarının geniş yayılmasıdır. Belə ki, İraq saxta mal buraxan fabriklərin gizlində istehsal etdiyi və bazarları bürüdüyü saxta dərmanların açıq bazarına çevrilmişdir. Bu dərmanlar eynilə ümumdünya markalarının əlamətlərini daşıyır və hətta həkimlər və bəzi əczaçılar belə onları ayırd edə bilmirlər. Bu dərmanlar təsirsizdir. Çünki, dərmanın həqiqi maddələrini ehtiva etmirlər. Şəxsiyyəti zəif bəzi dərman satışı ofislərinin və anbarların sahibləri bu dərmanları dövriyəyə buraxmışlar. Belə ki, onlarda qazanc qat-qat çoxdur – alış qiymətləri həqiqi dərmanın yarı qiymətinə, satışı isə onlarla eyni qiymətədir. Vətəndaş da həqiqətdən xəbərsizdir. Əksinə, dərman anbarlarının bəzi sahibləri, hətta, aptek sahiblərini aldagtmağa və saxta dərmanları orijinal dərmanların qiymətinə satmağa başlamışlar. Belə ki, saxta istehsalının inkişafına və mütərəqqi mərhələlərə yetməsinə görə, hətta, əczaçı onları ayırd etməyi bacarmır. Cənabınıza bu izahı verdikdən sonra bir sualım var:

İstər əczaçı olub bu dərmanları inasanlara satan şəxs olsun, istərsə də dərman anbarının sahibi olub — ikinci tərəfin - əczaçıların - xəbəri olmadan dərmanları onlara satan olsun, bu dərmanların saxta olduğunu bilərək onları satanın hökmü nədir?

Cavab: Bu dərmanların istehsalına icazə verilmir, aptek sahiblərinin vəziyyətdən xəbərləri olmuş olsa belə anbar sahiblərinin onları bu dərmanlarla təmin etmələrinə icazə verilmir. Eləcə də, onları vəziyyətdən xəbəri olmadan dərman almaq üçün müraciət edənlərə satmağa icazə verilmir.