Dəri
Sual: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın dərisi və yağı pakdırmı?
Cavab: İslam qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilən heyvanın əti, dərisi və yağı pakdır.
Sual: Kafirin və ya kafirdən almış müsəlmanın əlindən alınan heyvan, İslam qaydalarına uyğun şəkildə kəsilib-kəsilmədiyi araşdırılmasa, hökmü nədir?
Cavab: Yeyilməsi haramdır. Lakin belə bir dəri ilə namaz qılmaq caizdir.
Sual: İt, donuz və ya leş dərisindən hazırlanmış qabdan, rütubəti içindəkini nəcis edərsə, bir şey yemək və ya içmək halaldırmı?
Cavab: Haramdır.
Sual: İt, donuz və ya leş dərisindən hazırlanmış qabı, rütubəti içindəkini nəcis edərsə, dəstəmaz, qüsl və təmiz bir şeylə yerinə yetirilməsi lazım olan işlərdə istifadə etmək olarmı?
Cavab: Gərək istifadə olunmasın. Müstəhəb ehtiyata əsasən, ümumiyyətlə it, donuş və leş dərisindən hazırlanmış qab istifadə olunmasın.
Sual: Namaz qılanın paltarı, əti yeyilməyən heyvanların dərisindən olarsa, hökmü nədir?
Cavab: Vacib ehtiyata əsasən, əti yeyilməyən heyvanların dərisindən olmamalıdır.
Sual: Tülkü və bu kimi heyvanların, şəriət qaydalarında açıqlandığından başqa bir şəkildə öldürülərsə və yaxud özü ölərsə, dərisinin alqı-satqısı caizdirmi?
Cavab: Bu halda, vacib ehtiyata əsasən, onun dərisinin alqı-satqısı caiz deyildir. Amma şübhəli olarsa, maneəsi yoxdur.
Sual: Qeyri-müsəlman ölkələrdən gətirilmiş və ya kafirdən alınan, bəzək kimi işlənmiş dərinin alqı-satqısı caizdirmi?
Cavab: Heyvanın şəriət qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilərsə, caizdir.
Sual: Qeyri-müsəlman ölkələrdən gətirilmiş və ya kafirdən alınan, bəzək kimi işlənmiş dəri ilə namaz qılmaq olarmı?
Cavab: Qeyri-müsəlman ölkələrdən gətirilmiş və ya kafirdən alınan, bəzək kimi işlənmiş dəri ilə, heyvanın şəriət qaydalarına uyğun şəkildə kəsildiyinə ehtimal verilərsə, onunla namaz qılmağın maneəsi yoxdur.