Dəri kəmər və ya çanta ilə və yaxud cins şalvarda namaz qılmağın hökmü

Sual: Əgər ölmüş heyvan dərisindən istehsal olunmuş kəmər və ya çanta ilə namaz qılsaq və namaz əsnasında, yaxud sonra namazın vaxtı bitməmiş bunu xatırlasaq, nə etməliyik?

Cavab: Qeyd olunmuş dəri çanta ilə namaz qıllınarsa, namaz düzgündür. Həmçinin dəridən hazırlanmış kəmərin pak dəridən hazırlanması ehtimalı ağıl sahiblərinin əhəmiyyət verməyəcəyi qədər olmasa, onunla qılınan namaz düzgündür. Lakin qeyd olunan halda əgər bilmədən (murdar dəridən hazırlanmış kəmər ilə) namaza başladıqdan sonra namaz əsnasında bundan xəbər tutan kimi kəməri çıxararsa, namazı düzgündür. Həmçinin unudub namaz əsnasında xatırlayarsa, namazı düzgündür. Bu şərtlə ki, unutmağı bigənəliyindən və əhəmiyyət verməməyindən irəli gəlməsin. Əks təqdirdə vacib ehtiyata əsasən, vaxt bitməyibsə namazı yenidən qılmalı, vaxt bitibsə qəzasını yerinə yetirməlidir.

Sual: Bü günlərdə qeyri-müsəlman ölkələrində istehsal olunan cins şalvarların geyinilməsi geniş yayılmışdır. Həmin şalvarlarda dəridən istehsal olunmuş və üzərində istehsalçı şirkətin adı yazılan etiketlər olur. Həmin dəri parçasının şəriət qaydası ilə kəsilmiş heyvan dərisindən və ya ölmüş heyvanın dərisindən olnmasını bilmirik. Belə şalvarlarda namaz qılmaq icazəlidirmi?

Cavab: Bəli icazəlidir.