Dəztəmazın əməllərini insanın özünün yerinə yetirməsi

Sual: Mükəlləf şəxsin dəstəmazı özünün yerinə yetirilməsindən məqsəd nədir?

Cavab: Yəni, mükəlləf şəxs  imkan daxilində dəstəmazın əməllərini özü birbaşa yerinə yetirməlidir. Başqasının yardımına ehtiyacı olduqda isə başqasından yardım istəyə bilər. Belə ki, birbaşa yerinə yetirə bilmədiyi əməllərdə - istər dəstəmazın bəzi əməlləri olsun, istərsə də bütün əməlləri - ona kömək etsin. Lakin hər bir halda dəstəmazın niyyətini özü etməlidir.