Can verənin hökmləri
Sual: Can verən müsəlman üçün nə edilməlidir?
Cavab: Onu, vacib ehtiyata əsasən, ayaqlarının altı qibləyə doğru şəkildə arxasıüstə uzandırmaq lazımdır. Bu höküm, yaşından və cinsində asılı olmayan bütün müsəlmanlara şamildir.
Sual: Meyit qüslü verilməyən ölünü necə uzandırmaq lazımdır?
Cavab: Meyit qüslü verilməyən ölünü arxasıüstə qibləyə doğru uzandırmaq daha yaxşıdır.
Sual: Qüslü verildikdən sonra meyiti necə uzandırmaq lazımdır?
Cavab: Qüslü verildikdən sonra meyiti, “meyit namazı” qılındığı şəkildə uzandırmaq daha yaxşıdır.
Sual: Can verən şəxsi üzü qibləyə uzandırmaq vacibdirmi?
Cavab: Can verən şəxsi üzü qibləyə uzandırmaq, hər müsəlman üçün ehtiaytən vacibdir.
Sual: Can verən şəxsin, üzünü qibləyə çevirməmizdən razı olub-olmadığından əmin olmasaq, qəyyumundan icazə almalıyıqmı?
Cavab: Bəli.
Sual: “Kəlmeyi-şəhadət”-i can verən şəxsə təlqin etmək vacibdirmi?
Cavab: Müstəhəbdir.
Sual: Can verən şəxsə, on iki imamın(ə) adlarını təlqin etmək vacibdirmi?
Cavab: Müstəhəbdir.
Sual: Can verən şəxsə, başqa haqq inancları təlqin etmək vacibdirmi?
Cavab: Müstəhəbdir.
Sual: Çətinliklə can verən şəxs üçün nə etmək lazımdır?
Cavab: Çətinliklə can verən şəxsi, ona əziyyət olmasa, namaz qıldığı otağa aparmaq müstəhəbdir.
Sual: Can verən şəxsin rahat olması üçün nə etmək lazımdır?
Cavab: Başının üzərində Yasin, Saffat və Əhzab surələrini, Ayətəl-kürsini, Əraf surəsinin 54 - cü ayəsini, Bəqərə surəsinin son üç ayəsini və Quran-kərimdən mümkün olan miqdarda oxumaq, müstəhəbdir.
Sual: Can verən şəxsi, tək-tənha buraxmaq haramdırmı?
Cavab: Xeyr, məkruhdur.
Sual: Can verən şəxsin sinəsinə ağır əşya qoymağın, onun yanında cənabətli şəxsin və yaxud heyzli qadının olmasının hökmü nədir?
Cavab: Məkruhdur.
Sual: Bəzən can verən şəxsin yanında çox danışırlar. Bu, nə dərəcədə doğrudur?
Cavab: Məkruhdur.