Ağacların kəsilməsi

Sual: Sidr ağacını kəsmək və ya budamaq mubah, yaxud məkruhdurmu?

Cavab: Haram deyil, hətta məkruh da deyil. Bəli, İslam aləmində Peyğəmbər (s)-in belə buyurduğu nəql olunub: “Kim sidr ağacını kəsərsə, Allah-təala onu başı üstə cəhənnəmə vasil edər”. Lakin burada çöllükdə bitən, yol keçən insanların və heyvanların kölgələndiyi sidr ağacı nəzərdə tutulduğu qeyd olunmuşdur. İbn Əsirin “ən-Nihayə” əsərində belə qeyd olunmuşdur: “Elm əhli sidr ağacının kəsilməsinin mubah olmasına icma etmişlər”.

Sual: Gül kollarını kəsmək icazəlidirmi?

Cavab: İcazəlidir.

Sual: Avam insanlar xurma və sidr ağaclarını kəsməyin haram və ya məkruh olmasını deyirlər. Bu sözün şəriətdə həqiqəti varmı?

Cavab: İcazəlidir və məkruh deyil.