Üzgüçülük
Sual: Ata, həddi-buluğa çatmış bacı və qardaşların bir yerdə hovuzda çimmələri icazəlidirmi?
Cavab: Lazımi örtük olarsa, icazəlidir.
Sual: Həzrət Rəsulullah (s) üzgüçülük, at çapmaq və qılınc oynatmağa təşviq etmişdir. Yalnız bu idman oyunları icazəlidir?
Cavab: “Minhacus-salihin” kitabından müfəssəl qeyd olunduğu kimi qumar olmayan digər idman oyunları da icazəlidir.
Sual: Müsəlman kişinin qadın və kişilərin bir yerdə olduğu çimərliklərə şəhvət məqsədi olmadan getməsi icazəlidirmi? Xüsusilə oradakı qadınlar həya pərdəsini atmış və pis işlərdən çəkindirilsələr də çəkinməzlər.
Cavab: Açıq-saçıq gəzən və bu əməllərindən çəkindirildikdə isə əhəmiyyət verməyən qadınlara şəhvət və ləzzət məqsədi olmadan baxmaq icazəli olsa da, lakin belə açıq-saçıq yerlərdə olmaq ehtiyata əsasən, mütləq surətdə icazəli deyil.
Sual: Üzgüçülük idmanı ilə məşğul olan idmançının geyindiyi üzgüçülük paltarının şəriət baxımından hökmü nədir?
Cavab: “İzahlı şəriət məsələləri” kitabında qeyd olunduğu kimi şəri örtüyün hüdudlarının qorunması vacibdir.
Sual: Müsəlman kişinin qarışıq hovuzlara getməsi icazəlidirmi?
Cavab: Müsəlman kişinin qarışıq hovuzlara və harama düşməsinə səbəb olacaq digər açıq-saçıq yerlərə getməsi, icazəli deyil. Vacib ehtiyata əsasən, hətta harama səbəb olmasa da (belə yerlərə getmək) tərk edilməlidir.
Sual: Qadınların, böyüklərin və kiçiklərin olduğu ümumi hovuzlara getməsinin hökmü nədir?
Cavab: Ehtiyata əsasən, fəsad yerlərə getmək mütləq surətdə icazəli deyil.
Sual: Dəstəmaz niyyəti ilə yuynmaq dəstəmazı əvəz edirmi?
Cavab: Əvəz etmir.
Sual: Qarışıq hovuzlarda çimmək icazəlidirmi?
Cavab: Ehtiyata əsasən, fəsad yerlərə getmək mütləq surətdə icazəli deyil.
Sual: Qadınların masaj və təbii müalicə məqsədilə qadınlara məxsus hamalarda çimməsi və üzgüçülüklə məşğul olmaları icazəlidirmi?
Cavab: İcazəlidir. Lakin başqa qadınların övrətinə baxmaq icazəli deyil.
Sual: Qeyri-müsəlman ölkələrində olan qarışıq çimərliklərə gəlincə kişi və qadınların ora getmələri və orada üzgüçülüklə məşğul olmaları icazəlidirmi?
Cavab: Belə çimərlik yerlərinə getmək mütləq surətdə icazəli deyil.
Sual: Şəhvət ləzzəti məqsədi olmadan qarışıq hovuzda çimmək icazəlidirmi?
Cavab: Ehtiyata əsasən, fəsad yerlərə getmək mütləq surətdə icazəli deyil.