Ayın əvvəlinin sübut olunması yolları
Məsələ 1: Ayın əvvəli dörd yolla sübut olunur:
1. İnsan özü ayı görsün.
2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin “ayı gördük” – deməsi ilə və ya yəqinlik yaxud əqli mənşəyi olan xatircəmlik hasil olan hər hansı bir məlumatla.
3. İki ədalətli kişinin, “gecə ayı gördük” – deməsi ilə; amma ayın sifətini bir-birinə əks deyərlərsə, ayın əvvəli sübut olunmaz. Həmçinin insan onların səhvə yol verdiyinə yəqin edərsə ya xatircəm olarsa və ya onların verdiyi şəhadətin bir-birinə zidd (yaxud bir-birinə zidd hökmündə) olarsa, ayın əvvəli sübut olunmaz, məsələn, əgər şəhər əhalisinin çox hissəsi ayı görmək üçün baxdıqları halda iki ədalətli kişidən başqa heç bir kimsə ayı gördüyünü iddia edərsə, başqaları isə görməsə, belə ki, ayın yerini bilmək və iti görmək və digər xüsusiyyətlərdə birinci iki ədalətli şəxs kimi olan iki ayrı ədalətli şəxs onların arasında olarsa, hava da açıq-aydın olarsa, həmin iki nəfərin görməsinə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər ədalətli şəxsin şəhadəti ilə sübut olunmaz.
4. Şaban ayının əvvəlindən otuz gün keçərsə, Ramazan ayının əvvəli sübut olunur və Ramazan ayının əvvəlindən otuz gün keçməsi ilə də Şəvval ayının əvvəli sübut olunur.
Məsələ 2: Şəriət hakiminin hökmü ilə ayın əvvəli sübut edilməz. Amma onun hökmündən və ya ayın (əvvəli) olmasının sübut edilməsi ilə ayın görünməsinə xatircəmlik hasil olsa, (ayın əvvəli sübut olunar).
Məsələ 3: Ayın əvvəli astronomların deməyi ilə sübut olunmur, amma insan onların dediklərindən yəqinlik hasil edərsə yaxud əmin olarsa, onların sözünə əməl etməlidir.
Məsələ 4: Ayın yüksəkdə olması və ya gec batması əvvəlki gecənin ayın ilk gecəsi olmasına dəlil deyil. Həmçinin ayın kənarda şəfəqin görünməsi ayın ikinci gecəsi olmasına dəlil deyildir.
Məsələ 5: Əgər bir şəxsə Ramazan ayı sübut olunmadığı üçün oruc tutmasa və sonradan əvvəlki gecənin ayın əvvəli olduğunu anlayarsa, həmin günün orucunu qəza etməlidir.
Məsələ 6: Əgər bir şəhərdə ayın əvvəli sübut olunsa, bu, üfüqü həmin şəhərlə eyni olan digər şəhərlərə də aid olar. Burada üfüqün müştərəkliyindən məqsəd odur ki, əgər birinci şəhərdə ay görünsə, ikinci şəhərdə də bulud kimi maneə olmasa, görünəcəkdir. Bu da o zaman gerçəkləşir ki, ikinci şəhər birinci şəhərin qərbində yerləşərsə, en xətt üzrə ona yaxın olsun. Əgər onun şərqində yerləşərsə, en xəttinin yaxınlığı ilə yanaşı perpendikulyar xətt üzrə də çox fərq olmasın.
Məsələ 7: Ramazan ayının sonuncu günü, yoxsa Şəvval ayının birinci günü olduğunu bilməyən şəxs, oruc tutmalıdır. Amma gün ərzində Şəvval ayının birinci günü anlayarsa, orucunu açmalıdır.
Məsələ 8: Əgər həbsdə olan şəxs Ramazan ayı olmasını yəqin edə bilməsə, gümanına əməl etməlidir. Amma daha güclü güman əldə edə bilsə, zəif gümana əməl edə bilməz. Ən güclü ehtimalı əldə etmək üçün bacardığı qədər çalışmalıdır. Əgər heç bir yolla mümkün olmasa, ehtimalın qüvvətlənməsinə səbəb olarsa, püşkdən ən son çıxış yolu kimi istifadə etməlidir. Əgər gümana əməl etmək mümkün deyilsə, Ramazan ayı olduğunu ehtimal edib bir ayı oruc tutmalıdır. Amma həmin ayı nəzərində saxlamalıdır ki, əgər sonradan onun Ramazan ayından sonrakı ay məlum olarsa, ona bir şey vacib olmaz. Amma Ramazan ayından əvvəl olduğu məlum olarsa, Ramazan ayının oruclarının qəzasını tutmalıdır.