Xəstəliyin yayılmasını sürətləndirib ölümü tezləşdirən bir iş görməyim icazəlidirmi?

Allahın adı ilə!

Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına!

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!

Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.
Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji sarsıntı yaşayıram. Mənə nəsihətiniz nədir? Mənim, xəstəliyin yayılmasını sürətləndirib ölümü tezləşdirən bir iş görməyim icazəlidirmi?

Allahın adı ilə!

Ürfün nəzərində cana qəsd etmək sayılan bu iş, icazəli deyil. Səbr et! Xəstənin öz xəstəliyinə səbr etməsi, onun öldükdən sonra bağışlanmasına və (İlahi) mərhəmətə nail olmasına səbəb olar. Əgər o, davamlı olaraq Allahı həm zikr, həm də Ona həmd-səna edib (Ondan şəfa) diləyərsə, bu halda dünya həyatında qibtə olunacaq saleh əməlləri yerinə yetirmiş olar. Əgər insan bunun müqabilində Allah təalanın ona verəcəyi lütfü görsəydi, xəstəliyinin daha çox davam etməsini arzulayardı. İşlər Allah təalaya qayıdır.

2 Rəbiul-əvvəl 1436 h.q.