Meyvə, tərəvəz və tarla alış-verişi

Sual: İzahlı şəriət kitabında 680-ci məsələdə belə qeyd etmisiniz: “Xurma bəhərindən başqa heç bir bəhəri, hətta həmin bəhər müqabilində satmaq icazəli deyil”. Bu sözdən belə başa düşməliyik ki, üzüm kimi xurma bəhərindən başqa heç bir bəhəri üzüm kimi xurma bəhərindən başqa bəhər müqabilində satmaq olmaz? Yoxsa bu cümlədən belə başa düşməliyik ki, üzüm kimi xurmadan başqa bəhəri xurma bəhəri müqabilində satmaq icazəsizdir?

Cavab: Məqsəd budur ki, bir ağacın bəhərini elə həmin miqdarda və həmin ağacın bəhəri müqabilində satmaq icazəli deyil. Məsələn, bir şəxsin limon ağacı var və bəhərin miqdarını bilmir. Başqa bir nəfər 20 kq limon müqabilində ağacdakı bəhəri alır. Əgər ağacın başındakı bəhər artıq olarsa, artıq miqdar ona aiddir. Bu, haramdır. Çünki burada aldatma vardır.

Sual: İzahlı şəriət kitabında 680-cı məsələnin sonunda “onun bəhərini başqa ağacın bəhəri müqabilndə satmaq icazəlidir” deyirsiniz. Bu cümlədən,  xurmadan başqa üzüm kimi ağacların bəhərini xurma kimi ağacın bəhəri müqabilində satmağın icazəli olmasını başa düşməliyik, yoxsa burada başqa məna nəzərdə tutulur?

Cavab: Məqsəd budur ki, ağacın başında olan bəhəri təqribi olaraq hətta öz cinsindən olsa belə, başqa ağacın bəhəri müqabilində satmaq icazəlidir.

Sual: Xurma ağacının bəhərini saralmamış və ya qızarmamış satmaq icazəlidirmi? Əgər cavab müsbət deyilsə, xurma ağacının mənfəətini bəhər aşkar olandan xurma dərilənədək altı ay müddətinə satmaq icazəlidirmi?

Cavab: Xurma və ya başqa ağacın bəhərini bəhər aşkar olmadan və onunla yanaşı əlavə bir şey olmadan bir il müddtinə satmaq icazəli deyil. Lakin iki il və ya daha çox müddtə, həmçinin, bir il müddətinə əlavə bir şeylə bərabər satmaq icazəlidir. Bəhər aşkar olduqdan sonra, əgər vəziyyəti bəlli olarsa, yəni bəhərin nöqsanı var ya yox, belə ki, budaqla miqdarını təyin etmək mümkün ola yaxud alış-veriş iki il və daha çox müddətə ola və ya onunla yanaşı əlavə bir şeylə də satıla, yaxud da satılan həqiqətən ağacın bəhəri ola – bu şərtlə ki, bəhərin mali dəyəri ola – və (alış-verişdən) dərhal sonra bəhəri dərməyi müştəriyə şərt qoymazsa satılması icazəli deyildir. Amma qeyd olunan bu dördməsələ olmazsa, alış-verişin icazəli olması şübhəlidir.

Sual: Xurma ağacının və ya başqa ağacın bəhərini bəhər aşkar olmadan bir il müddətinə satmaq icazəlidirmi?

Cavab: Xurma və ya başqa ağacın bəhərini bəhər aşkar olmadan əlavə bir şey edilmədən bir il müddtinə satmaq icazəli deyil. Lakin iki və ya daha çox müddtə, həmçinin, bir il müddətinə əlavə bir şeylə bərabər satmaq daha güclü rəyə əsasən icazəlidir. Bəhər aşkar olduqdan sonra, əgər vəziyyəti bəlli olarsa, yəni bəhərin nöqsanı var ya yox, belə ki, budaqla miqdarını təyin etmək mümkün ola yaxud alış-veriş iki və daha çox müddətə ola və ya əlavə bir şeylə ola, yaxud da satılan həqiqətən ağacın bəhəri ola – bu şərtlə ki, bəhərin dəyəri ola – və (alış-verişdən) dərhal sonra bəhəri dərməyi müştəriyə şərt qoymazsa satılması icazəli deyildir. Amma qeyd olunan bu dörd məsələ olmazsa, alış-verişin icazəli olması şübhəlidir.

Sual: Ağacın bəhərinin alış-verişində satıcı vəfat edərsə alış-veriş pozulurnu?

Cavab: Satıcının vəfat etməsinə görə bəhərin alış-verişi batil olmur. Əksinə ağacların kökü mənfəət istisna olmaqla satıcının varislərinə keçir. Həmçinin müştəri vəfat edərsə alış-veriş batil olmur, əksinə onun varislərinin ixtiyarına keçir.

Sual: Muzabənə nədir və o, icazəlidirmi?

Cavab: Muzabənə icazəli deyil. Muzabənə xurma ağacının bəhərini – istər xurma olsun, istər rıtab, istərsə də xurma qorası və ya başqa – ritab, xurma qorası və ya qeyriləri olmadan yalnız xurma müqabilində satmaqdır. Burada istər onun bəhərindən olsun, istərsə də başqasının, istər öhdədə olsun, istərsə də müəyyən miqdarda hazır məhsul olsun fərqi yoxdur. Yalnız əriyyə alış-verişi müstəsnadır.

Sual: Toxum hələlə cücərməmiş əkini satmaq olarmı?

Cavab: Vacib ehtiyata əsasən toxum cücərmədən əvvəl əkini satmaq icazəli deyil. Lakin əkin yerini satarkən onunla birlikdə satmaq icazəlidir. Amma cücərdikdən sonra kökü ilə, yəni torpağın üzünə çıxan miqdarla torpaq altda qalan kökləri ilə birlikdə satılması icazəlidir. Müştəri istəsə kökləri kəsər, istəsə qalması şərt olduğu – yaxud insanların bir-birilə müamiləsinin belə olması tələbinə əsasən qeyd edilən şərt hökmündə olduğu – halda, yaxud da yer sahinin icazəsilə o cür saxlaya bilər. Əgər sünbül olanadək saxlayarsa, sünbül ona məxsusdur. Əgər təmannasız köklərin torpaqda qalmasını şərtləşməyiblərsə, yerin (yerdən istifadə etdiyi üçün) muzdunu verməlidir. Əgər sünbül olmadan əvvəl biçərsə, köklər yerdə qalarsa və yenidən sünbül olarsa, sünbül ona məxsusdur. Köklərin yerdən çıxarılmasını şərt qoyduğu və şərtə əməl etmədiyi hal istisna olmaqla yerin muzdunu ödəmək ona vacib deyildir.

Sual: Muhaqalə nədir və o, icazəlidirmi?

Cavab: Muhaqalə icazəli deyil. Muhaqalə buğdanın sünbülünü buğda  və ya başqa məhsul müqabilində satmaqdır. Həmçinin başqa dənli bitkilərin sünbülünü həmin bitkinin dəni müqabilndə satmaq icazəli deyil. Müstəhəb ehtiyata əsasən arpanın sünbülünü arpa və ya başqa məhsul müqabilində satılmamalıdır.

Sual: Əriyyə alış-verişi nədir?

Cavab: Əriyyə alış-verişinin eybi yoxdur. Bir şəxsin həyətyanı sahəsində başqasına məxsus olan bir xuram ağacı varsa və həmin  şəxsin ora girib-çıxması çətin olduğu üçün onun bəhərini hələ xurma formalaşmadan əvvəl budaq üzərində olan xurma müqabilində satması əriyyə alış-verişi adlanır.

Sual: Yol keçən şəxsin ağac üstündə olan meyvədən yeməsi icazəlidirmi?

Cavab: Zahirə əsasən yol keçən şəxs əvvəlcədən məqsədi olduğu halda (başqasına məxsus olan ağacın) meyvəsindən yeməsi icazəlidir. Lakin ağacın bəhərindən bir şey yığıb aparması icazəli deyil. Əgər özü ilə bir şey apararsa, apardığı ona haramdır. Lakin orada yediyi haram deyil. Əgər bağın hasarı, çəpəri olarsa, və ya əmlak sahibinin razı olmadığını bilirsə yaxud da yol keçən namazını qəsr qılırsa, ağacın meyvəsindən yeməyin icazəli olması şübhəlidir. Çəkinmək ehtiyata uyğundur.

Sual: Xiyar və qarpızı mıhsul çıxmamış satmaq icazəlidirmi?

Cavab: Xiyar, badımcan və qarpız kimi bostan bitkilərinin bəhəri formamalaşmamış satmaq ehtiyat vacibə əsasən icazəli deyil. Lakin bir və ya bir necə sayda bəhər çıxdıqdan sonra icazəlidir. Bu, əkinçilərin ürfünə əsasəsn təyin olunmalıdır.

Sual: Nəcəf şəhərinin ətraf bölgələrində bostanın satılması məsələsi vardır. Yəni məhsul həddindən aşağı qiymətə satılır. Belə ki, qiymət yığım vaxtındakı qiymətindən 30% aşağı olur. Əgər məhsul yetişməmiş satılarsa – məlumdur ki, əgər günəş məhsulu yandırarsa və ya məhsul hər hansı səbəbdən tələf olarsa, müştəri deyil, məhz satıcı məsuliyyət daşıyır – bu, halaldırmı?

Cavab: Əgər satış bəhər çıxmamışı məhz həmin bostanın məhsulu üçün olarsa, ehtiyata əsasən alış-veriş batildir.

Sual: Əgər xurma ağacının başından yığılmış xurma yerdən yığılmış və torpağa bulaşmış xurma ilə qarışmış olarsa, onu satarkən bu barədə müştərini xəbərdar etmək vacibdir ya yox?

Cavab: Əgər hamısının ağacdan dərilməsi kimi anlaşılırsa, (bildirmək) vacibdir.