Orucu pozmağın icazəli olduğu hallar

Sual: Ramazan ayında kimlərin oruc tutmamasına icazə verilir?

Cavab: Ramazan ayında aşağıdakı şəxslərə oruc tutmamağa icazə verilir:

- Qoca kişi, qoca qadın və susuzluğa dözümü olmayan şəxslərə oruc tutmaq mümkün deyilsə, həmçinin oruc tutmaq onlar üçün məşəqqətli olarsa, hər günün əvəzindən bir mudd fidyə verməlidirlər. Daha yaxşı olar ki, fidyə buğdadan ibarət olsun. Hətta iki mudd olması daha yaxşıdır. Lakin bu, müstəhəb ehtiyata əsasəndir. Sonradan oruc tutmaq iqtidarında olduqda onlara (tutmadıqları günlərin) qəzasını tutmaq vacib deyil. Baxmayaraq ki, susuzluğa dözümü olmayan şəxs oruc tutmaq iqtidarında olduqda qəzasını tutması müstəhəb ehtiyata əsaslanır.

         - Özünə və ya bətnindəki körpəyə oruc tutmaq zərər etdiyi halda hamiləliyinin son günlərində olan qadına, həmçinin Oruc tutmaq özünə və ya körpəyə zərər edəcəyi təqdirdə süd verən qadına oruc tutmamasına icazə verilir. Lakin onların hər ikisi sonradan orucun qəzasını tutmalı və hər günün əvəzindən fidyə də verməlidirlər. Fidyənin vacib olduğu hallarda heç bir fərq olmadan ac adamı doydurmaq mudd sədəqəsini verməyi əvəz etmir.

Sual: Süd verən qadın öz uşağına və ya başqa uşağa süd verərsə, oruc tutmaması icazəlidirmi?

Cavab: Öz uşağına və ya başqa uşağa süd verən qadının hökmündə heç bir fərq yoxdur. Vacib ehtiyata əsasən uşağın südlə qidalanması yalnız ondan asılı olsun. Belə ki, uşağa heç bir maneə olmadan qadınların növbə ilə və ya süni südlə təmin olunması kimi başqa yol olmaya. Əks təqdirdə ona (süd verən qadına) oruc tutmamaq icazəli deyil.