Qəzası olan şəxsin vəfat etmiş insanın əvəzindən orucu tutması
Sual: Öhdəsində ramazan ayının orucunun qəzası olan şəxsin atası, anası və ya başqasının əvəzindən könüllü olaraq orucu tutması icazəlidirmi?
Cavab: İcazəli deyil. Lakin qəzasını tutmaq istədiyi oruc ramazan orucu kimi vacib oruc olarsa, icazəlidir.
Sual: Əgər insanın öhdəsində qəza orucu varsa, vəfat etmiş şəxsin əvvəzindən onun könüllü olaraq oruc tutması icazəlidirmi?
Cavab: Öhdəsində ramazan orucunun qəzası olan şəxsin vəfat etmiş birinin əvəzindən vacib orucun qəzasını, kəffarəsini və ya bu kimi orucları könüllü olaraq tutmasının icazəli olması uzaq görüş deyil.