Etikaf

Sual: Məscidul-həram və Məscidun-nəbinin etikaf etmək üçün hüdudları nə qədərdi? Hərəmin hasarla əhatə olunmuş hissəsində etikaf etmək icazəlidirmi? Bu hissə Məscidun-nəbinin sahəsindən hesab olunurmu?

Cavab: Məscidin ətraf hissəindəki ərazilər məsciddən hesab olunmur.  Məscidin yeni artırmalar olan hissəsində isə etikaf etmək icazəlidir.

Sual: Etikafın tərifi nədir?

Cavab: Etikaf ibadət məqsədi ilə məsciddə qalmaqdır. Ehtiyat müstəhəbə əsasən orada (məsciddə) namaz, dua və başqa ibadətləri yerinə yetirmək niyyəti də edilməlidir. Etikafı hər bir vaxt yerinə yetirmək olar. Həmçinin etikaf etdikdə oruc tutmaq olar. Ramazan ayında etikaf etmək daha fəzilətlidir. Ən yaxşısı isə ramazan ayının son onun günüdür.

Sual: Etikafın şərtləri hansılardı?

Cavab: Etikafın düzgünlüyü üçün ağıl və İslamdan (müsəlman olmaq) əlavə oruc tutmağın hökmlərində qeyd edilmiş  bütün şərtlər olmalıdır.

Bu şərtlərin ən birincisi niyyətdir. Necə ki, başqa ibadətlərdə də niyyət şərtdir. Etikafın əvvəlindən sonuna kimi niyyəti davam etdirmək vacibdir. Birinci gündən başlamaq məqsədilə niyyəti əvvəlcədən etməyin yetərli olması güclü rəydir.

Sual: Etikaf edən şəxsin zərurət olmadığı təqdirdə məscidin səhninə (həyətinə) çıxması və məscidə məxsus dəstəmazxana və ya ayaqyoluna getməsi icazəıidirmi?

Cavab: Əgər səhn məsciddən hesab olunmursa, icazəli deyil.

Sual: Etikaf edən şəxsin xoş ətirli diş məcunu və sabun istifadə etməsi icazəlidirmi?

Cavab: Ətir qoxulamaq icazəli deyil. Əgər bunlardan istifadə etmək qoxulamağa səbəb olarsa icazəli deyil.  

Sual: Məscidin həyətində kiçik bir hücrə (otaq) var. Həmin hücrəni məscid üçün kitabxana etmişik. Etikaf edən şəxs orada yata və ya kitab götürmək üçün ora gedə bilərmi?

Cavab: Məscidin bir hissəsindən hesab olunmursa, icazəli deyil.  

Sual: Dişləri təkrar fırçalamaq, sərinləmək və ya təmizlik üçün çimmək, burnu təmizləmək və saçı daramaq kimi ehtiyacları yerinə yetirmək etikaf edən şəxsin məscidə məxsus sanitar qovşağına getməsi üçün yetərli səbəb sayılırmı?

Cavab: Bunlar (zəruri) ehtiyac hesab olunmur.

Sual: Etikaf edən şəxs onu görməyə gələn birini yola salmaq üçün məscidin həyətinə çıxması icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Etikaf edən şəxs həyat yoldaşını xəstəxanaya aparıb gətirmiş və bu iş üçün iki saat vaxt sərf tmişdir. Onun etikafı batil olurmu?

Cavab: Əgər onunla olması zəruri deyilsə və ya etikafın forması pozulursa batil olur.

Sual: Etikaf edən şəxs məsciddən uzaqda yerləşən xəstəxanada yatan xəstənin xəstənin yanına getməsi icazəlidirmi? Beləki gedib-gəlməsi bir saat və ya daha çox müddəti əhatə edir.

Cavab: Xəstəyə baş çəkmək məsciddən çıxmaq üçün yetərli səbəb deyil.

Sual: İkinci günü tamamlamaq niyyəti olmadan etikaf etmək icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Əgər bir şəxs Məscidul-həramdə etikaf etməyi nəzərdə tutarsa, fəcr (sübh) azanından əvvəl Tənimdə ehram bağlayıb digər əməlləri etikaf halında etməsi icazəlidirmi? Halbuki səy olunan yer (Səfa ilə Mərva arası) məsciddən kənarda yerləşir.

Cavab: Səy etmək məqsədi ilə məsciddən kənara çıxması vacib bir ehtiyac üçün olmalıdır. Məsələn, etikaf günlərində ehram halında qalması onun üçün məşəqqətli və çətin olarsa, (icazəlidir). [Çünki səyi yerinə yetirib həlq və təqsir etmədən ehramdan çıxmaq icazəli deyil. Müt.]

Sual: Etikaf edən şəxs hansı işlərdən çəkinməlidir? 

Cavab: Etikaf edən şəxs aşağıdakı əməlləri tərk etməlidir:

- Cinsi əlaqədə olmaq. Ehtiyat vacibə əsasən ehtirasla toxunmaq və öpmək də bu hökmədədir. Onların hər ikisindən də daha çox ehtiyat fərc istisna olmaqla budların arasına sürtmək və bu kimi yaxınlıq hesab olunan əməllərdən uzaq olmaqdır. Bu məsələdə kişi ilə qadın arasında heç bir fərq yoxdur.

- İstimna (onanizm). Hətta zövcəyə baxmaq kimi halal yolla olsa belə, ehtiyat vacib haramdır.

- Ətir qoxulamaq. Hətta almaq məqsədi ilə olsa belə, ətir qoxulamaq mütləq surətdə haramdır. Ləzzət məqsədilə reyhan gülü iyləmək. Amma ləzzət qəsdi olmasa heç bir eybi yoxdur.

- Alış-veriş. Ehtiyat vacibə əsasən istənilən ticarət müamiləsi. Mubah hesab olunan dərzilik, toxuculuq və bu kimi dünya işlərilə məşğul olmağın eybi yoxdur. Baxmayaraq ki, bundan çəkinmək ehtiyat müstəhəbdir. Əgər ticarət məqsədi olmadan yemək və içmək kimi zəruri ehtiyacı sayılan bir şeyin alış-verişini etməyə məcbur olarsa, başqa birinə bu işi həvalə etmək və ya vəkil tutmaq mümkün olmazsa, bunu edə bilər.

- Haqqın qələbə çalması və qarşı tərəfin xətadan uzaqlaşaması üçün deyil, özünün qalib gəlməsi və üstünlük nümayiş etdirməsi məqsədilə dünya və din məsələləri barəsində mübahisə etmək. Əks təqdirdə bu, ən üstün ibadətlərdəndir. Burada hər şey məqsəddən asılıdır.

Sual: Əgər etikaf edən şəxs bilərəkdən və ya bilməyərəkdən, unudaraq və ya səhv edərək qadağalardan birini yerinə yetirərsə etikafı batil olarmı? Əgər hökm yerinə yetirilən qadağanın növündən asılıdırsa, müfəssəl cavab vermənizi xahiş edirəm.

Cavab: Etikaf oruc tutmaq şərtilə niyyət edilibsə, gündüz vaxtı orucu pozan işlər etikafı da pozar. Həmçinin bilərəkdən və ya üzürlü  olmadığı halda hökmü bilməyərəkdən qadağan olunmuş bir iş baş verərsə batil olar. Lakin səhv olaraq baş verərsə etikaf pozulmaz.

Sual: Etikafın birinci və ya ikinci günü hər hansı səbəb üzündən və ya heç bir səbəb olmadan etikafı tərk etmək icazəlidirmi? Əgər bir şəxs etikafı tərk etməkdə tərəddüd edərsə, niyyətə xələl gəlirmi və buna görə də etikaf batil olurmu? Niyyət sona kimi kəsilmədən davamlı olmalıdırmı?

Cavab: İcazəlidir. Tərəddüd etikafı pozmaz.

Sual: Əgər bir şəxs 4 gün etikaf edəcəyini niyyət edərsə, dördüncü gün etikafa daxildirmi? Yoxsa etikafı 6 gün davam etdirərək tamamlamalıdır ki, dördüncü gün də etikafdan hesablansın?

Cavab: Dördüncü gün etikafa daxildir. Etikafı 6 gün davam etdirmək vacib deyl.

Sual: Etikaf edən şəxsə ibadət etmək vacibdir, yoxsa sadəcə (məsciddə) qalmaq yetərlidir?

Cavab: İbadət vacib deyil.

Sual: Rəcəb ayında etikaf etmək müstəhəbdir?

Cavab: Hər bir vaxt etikaf etmək müstəhəbdir. Ramzan ayında yerinə yetirilməsi təkid olunub. Rəcəb ayında xüsusilə müstəhəb olması barədə (dəlillərə) rast gəlməmişik.

Sual: Ərin etikaf etməsinin zövcəyə mənfi təsirləri olarsa vacib olan nədir?

Cavab: Bu halda o, etikaf etməməlidir.

Sual: Etikaf zamanı məscidin həyətinə çıxmağın hökmü nədir?

Cavab: Məscid hesab olunmursa icazəli deyil.

Sual: Etikaf zamanı məscidin kənarında olan və məscidə tabe olan ayaqyolundan istifadə etmək üçün çıxmağın hökmü nədir?

Cavab: Zərurət və vacib bir əməli yerinə yetirmək üçün olmazsa, icazəli deyil.

Sual:  Müstəhəb namaz üçün etikaf olunan yerdən kənarda dəstəmaz almaq icazəlidirmi?

Cavab: İcazəli deyil. Hətta məscidin daxilində dəstəmaz almaq mümkün olarsa, vacib namaz üçün belə, məsciddən kənara çıxıb dəstəmaz almaq icazəli deyil.

Sual: Etikaf yerindən kənarda müstəhəb qüsl yerinə yetirmək icazəlidirmi?

Cavab: İcazəli deyil.

Sual: Etikaf yerindən kənarda olan digər etikaf edənlərlə və ya başqaları ilə  vacib olmayan söhbət etmək icazəlidirmi?

Cavab: İcazəlidir.

Sual: Mən came (ümumi) məsciddə etikaf edənlərdən biriyəm. Boynuma qüsl vacib olmuşdu. Qüsl veriləcək yerlə məscidin arasındakı məsafə bir saatlıq yoldur. Bu məsafəni gedib-gəlmək etikafa xələl gətirirmi?

Cavab: Əgər fərz olunursa ki, zərurət var xələl gətirməz. Lakin məscidin sanitar qovşağında qüsl vermək mümkündürsə, hamama ehtiyac yoxdur və məsciddən uzaqlaşmaq olmaz.

Sual: Etikaf halında məsciddən çıxmağın icazəli olması doğrudan da ehtiyacın olmasına istinad etməlidir, yoxsa belə bir ehtiyacın olmasını güman etmək yetərlidir? Məsələn, vacib namaz üçün dəstəmaz almağa çıxdıqdan sonra məlum olarsa ki, o, məscidin içində dəstəmaz ala bilərdi, bu halda etikafı batil olur ya yox?

Cavab: Burada doğrudan da ehtiyacın olmasına istinad edilməlidir. Əgər ehtiyacın mövcud olduğunu güman edib çıxdıqdan sonra əksi məlum olarsa, onun məsciddən çıxması bilməməzlikdən olmuşdur. Lakin bu qüsürlü cahillikdir. Etikafın batil olmasına gəlincə, bu rəy var. Lakin möhtərəm seyid son zamanlar batil etməməsi rəyini deyir.

Sual: Ektikaf halında zərurətdən artıq məsciddən kənara çıxılmamalıdır deyildikdə burada tam dəqiqlik nəzəzrə alınmalıdır, yoxsa ürfün nəzəri yetərlidir? Əgər sanitar qovşaqlarından biri məscidə yaxın, digəri isə ona nisbətdə, məsələn 10 metr uzaqdırsa, lakin təmiz və daha rahat olduğu üçün aralarındakı məsafənin də az olduğunu nəzərə alaraq uzaqda olanı seçmək icazəlidirmi?

Cavab: Əgər uzaqda olanı seşmək hətta geri dönərkən azacıq da olsa gecikməyə səbəb olarsa, daha yaxında olanı seçmək vacibdir.

Sual: Etikaf edən şəxs ehtiyacını qılmaq üçün (məsciddən) çıxarsa, bir necə saniyə və dəqiqə müddətində müstəhəb və ya vacib niyyətlə dəstəmaz alması icazəlidirmi? Fərz etsək ki, o, məscidin daxilində dəstəmaz ala bilər. Yaxud (etikaf edən) gənc şəxs ayaqyolundan çıxdıqdan sonra saçlarını daramaq və ya saçlarını yumaq üçün dayana bilərmi?

Cavab: Bunları edə bilməzlər.

Sual: İki mərtəbədən ibarət məsciddə ikinci mərtəbədə etikaf edirlər. Lakin ayaqyoluna ehtiyacları olduqda birinci mərtəbədən geri dönmələri daha tez başa gəlir. Bu halda birbaşa ikinci mərtəbəyə qayıda bilərmi, halbuki aradakı fərq bir neçə saniyə olur? Bu, bizim birinci sualımızla bağlıdır. Bu məsələdə dəqiqliyə istinad olunmalıdır, yoxsa ürfə?

Cavab: Bunun hökmü əvvəlki sualın cavabında deyilmişdir.

Sual: Etikaf edən şəxs ayaqyolundan çıxdıqda daha yaxın olan aşağı mərtəbəyə daxil olmaq istəyir. Lakin etikaf edənlərə xidmət edən heyət yuxarı mərtəbədə onlar üçün yemək hazırlayır. Ora getmək üçün isə məsciddən bayıra çıxıb çöldəki pilləkən vasitəsilə yuxarı mərtəbəyə çıxmaq lazımdır. Onun heyətə müxalif olaraq yeməyi onun yanına gətirilməsini tələb etməsi vacibdirmi? Bu, bəzən mümkün, bəzən isə mümkün olmur.

Cavab: Əgər ikinci mərtəbəyə qayıtması vacib ehtiyac hesab olunursa, bunun eybi yoxdur. Əks təqdirdə isə bu, onun üçün icazəli deyil.

Sual: Bəzi məsələləri möhtərəm Seyid cənabları ehtiyat və ya haram ünvanı altında qeyd etmişdir. Məsələn, ehtiyata əsasən camaat namazı üçün (məsciddən) çıxmamaq, kölgələnməyin haram olması kimi. Bu kimi haramlar təklifidir, yoxsa vəzi? (Təklifi hökm insanın şəxsi həyatının müxtəlif sahələrinə aid olan davranışlarını tənzimləyən hökmlərdir. Vəzi hökm isə, birbaşa olaraq insanın davranışına aid olmayan, lakin dolayısı ilə təsiri olan hökmlərdir). 

Cavab: Vəzi.

Sual: Came məscidin tərifi nədir? Bu barədə bəzi suallarımızı var. Məsələn, bizim kəndimizdə bir neçə məscid var. Həmçinin kəndimizdə came məscid adlanan böyük məscid var. Bundan başqa orta həcmli məscid də var. Lakin came məscid adlanmır. Həmin məscid qadınlara məxsusdur. Ora kişilərdən yalnız pişnamaz gedib-gəlir. Qeyd olunanlardan əlavə bir neçə kiçik məscid də vardır ki, az sayda insanlar həmin məscidlərə gedirlər. Bəzilərinin pişnamazı var, bəzilərinin isə pişnamazı yoxdur. Lakin bu məscidlərin heç biri hansısa qəbiləyə və ya bazara və yaxud müəyyən təbəqə insanlara məxsus deyil. Qeyd olunan bu məscidlərdə etikaf etmək icazəlidirmi? (Sualı ünvanlayan şəxs qadındır).

Cavab: Xüsusilə qadınların istifadə etdiyi və qadınlardan müəyyən təbəqəyə məxsus olmayan böyük məscid az saylı insanların istifadə etdiyi kiçik məscidlərdən fərqli olaraq, came məscid hesab olunur.

Sual: Əgər etikaf edən şəxs məsciddən çıxmaq üçün hiylə işlədərsə, məsələn, etikafa başlamadan əvvəl cümə qüslü almaq və ya camaat namazı qılmaq, yaxud məsciddən çıxmağı zəruri edəcək hər hansı bir əməli nəzr etməsi icazəlidirmi? Etikaf niyyət etmədən əvvəl nəzr etməsi ilə etikaf niyyətindən sonra, lakin etikafa daxil olmadan əvvəl nəzr etməsi arasında fərq varmı?

Cavab: Etikaf niyyətindən əvvəl və ya sonra nəzr niyyət etməklə nəzrə vəfa etməyin vacib olması şərtinə əsasən məsciddən çıxmağın vacib ehtiyac hesab olunması şübhəlidir.

Sual: Birinci gecə etikafa daxildirmi? Məscidə daxil olduğu vaxtdan etibarən niyyət etməlidir, yoxsa orucda olduğu kimi etikaf da fəcrdən (sübh azanından) başlayır və fəcrdən əvvəl məsciddə olmaq müqəddimə hesab olunur?

Cavab: Birinci gecəni etikafa aid edilməsinin vacib olmamasına baxmayaraq bu, icazəlidir.

Sual: Çərşənbə günü etikafa başlayan şəxs üçün (etikafın düzgünlüyü barədə) şübhəli hökm baş verir. Çərşənbə günü etikafının doğru olmasını hesab edib etikaf niyyətini davam etdirir və cümə axşamı günü oruc tutur. Lakin çərşənbə günü onun etikafının batilliyi məlum olur. O, etikafı davam etdrmək niyyətinin (etikafının düzgün olması ehtimalından) asılı olmasına görə cümə günü etikafdan çıxmalıdır, yoxsa şənbə gününün sonununa kimi etikafı tamamlamalıdır?

Cavab: Əgər birinci gündən etikafının batil olmasını ehtimal edə, sonra rəca qəsdi ilə digər iki günü də davam etdirmək istəyə, lakin etikafın batil olması dəqiq bilərsə, etikaf düzgün deyil. Buna görə də, tamamlamağın mənası yoxdur.

Sual: Etikaf edən şəxs elə həmin məsciddə cammat namazında iştirak etmək üçün sıralarda durur. Lakin ondan asılı olmayan səbəblərdən ətir qoxusu iyləmək məcburiyyətində qalır. Hətta qoxudan uzaqlaşmaq üçün geri, öz yerinə dönərkən bu qoxunu iyləmək məcburiyyətində qalır. Bu onun etikafının batil olmasına səbəb olurmu?

Cavab: Zərəi yoxdur.

Sual: Etikaf edən şəxs məscidə bitişik bir yerdən türbət (möhür) götürmək üçün gedir. Sonra həmin yerin məscid olmasaı barədə onda şübhə yaranır. Bu halda məsciddə üzərində səcdə etmək üçün bir şey olmazsa hökm fərqli olur ya yox?

Cavab: Məsciddən çıxmış hökmündədir. Əgər üzürlü cahillik və ya namaz üçün üzərində səcdə ediləcək bir şey olmadığına görə vacib ehtiyac üzündən olarsa və həmin yer də məsciddən hesab olunarsa heç bir zərəri yoxdur.

 

Mürtədlik (dindən çıxma)

Sual: Mürtəd kimə deyilir?

Cavab: İslamdan çıxıb küfrü seçən şəxs iki qismə bölünür; fitri və milli. Müsəlman ata-anadan dünyaya gələn və ya valideyinlərindən biri müsəlman olan, müməyyizlik (yaxşını pisdən ayıra biləcək) yaş həddinə çatdıqdan sonra İslamı seçib, lakin sonradan  küfr edən kəs fitri mürtəd adlanır. Bunun əksi isə milli mürtəd hesab olunur. (Yəni kafir ata-anadan dünyaya gəlib müməyyizlik yaş həddinə çatdıqdan sonra İslamı seçib daha sonra küfrü seçən kəs milli mürtəd adlanır. Burada milli sözü İslam ümməti mənasındadır).

  Sual: Mürtəd barədə müfəssəl izah verə bilərsinizmi?

Cavab: : İslamdan çıxıb küfrü seçən mürtəd şəxs iki qismə bölünür; fitri və milli. Müsəlman ata-anadan dünyaya gələn və ya valideyinlərindən biri müsəlman olan şəxs, müməyyizlik (yaxşını pisdən ayıra biləcək) yaş həddinə çatdıqdan sonra İslamı seçib daha sonra küfr edərsə, fitri mürtəd adlanır. Onun müməyyizlik yaş həddinə çatdıqdan sonra küfr etmədən əvvəl İslamı seçməsinin mötəbər olması barədə iki rəy vardır: Bu iki rəydən haqqa yaxın olanı, şərti olaraq (İslamı) seçməsidir.

Fitri mürtədin hökmü onun qətlə yetirilməsidir. O, mürtəd olduğu vaxtdan etibarən zövcəsi ondan ayrılmalı və talaq olmadan nikah əqdi pozulmalıdır. Zövcəsi vəfat iddəsi gözləməlidir. İddə bitdikdən sonra istəyərsə başqa birinə ərə gedə bilər. Mürtəd olan kəs vəfat etmiş şəxs kimi borcları ödənilikdən sonra əmlakı varisləri arasında bölünməlidir və onun vəfatı gözlənilməməlidir. Məşhur rəyə əsasən tövbə edib İslama dönməsinin heç bir faydası yoxdur və qeyd olunan hökmlər icra edilməlidir. Lakin bu rəy (düzgünlüyü) şübhədən xali deyil. Bəli, onun tövbə etdirilməsinin vacib olmaması şübhəli deyil. Qeyd olunan üç hökm istisna olmaqla, onun batinən və zahirən  tövbəsinin qəbul olunması daha güclü rəydir. (Tövbə edəcəyi təqdirdə) bədəni pakdır, ibadətləri düzgündür və onun müsəlman qadınla evləndirilməsi icazəlidir. Hətta mürtəd olmaqla zövcəsinin ondan ayrılması rəyinə görə iddə müddəti bitməmiş yeni nikah əqdi bağlamaqla zövcəsi ilə evlənə bilər. Zahirə əsasən hətta tövbədən əvvəl dülgərlik, ticarət kimi yollarla və ya irs vasitəsilə mülkiyyət sahibi də ola bilər.

Milli mürtədə – o, fitri mürtədin əksidir – gəlincə, onun hökmü tövbə etdirilməsidir. Əgər tövbə etməzsə qətlə yetirilər. Əgər zövcəsi ilə aralarında yaxınlıq olmayıbsa və ya zövcəsi yaisədirsə (heyz yaşını keçmiş) və yaxud az yaşlıdırsa, nikah əqdi pozular və zövcəsi iddə gözləməməlidir. Amma zövcəsi ilə yaxınlıq etdikdən sonra mürtəd olubsa, qadın heyz gələn yaş həddindədirsə, ər mürtəd olduğu vaxtdan etibarən qadının talaq iddəsi gözləməsi vacibdir. İddə müddəti bitmədən əvvəl ər mürtədlikdən İslama dönərsə, (doğruya) daha yaxın rəyə əsasən evlilik öz hökmündə qalar. Əks təqdirdə isə (iddə müddəti bitdikdən sonra ər İslama dönərsə) zövcənin ər mürtəd olduğu vaxtdan etibarən ondan ayırldığı məlum olar. Milli mürtəd qətl və ya başqa səbəbdən vəfat etmədiyi təqdirdə əmlakı bölünməz. Əgər (İslama) döndükdən sonra ynidən mürtəd olarsa, üçün və ya dördüncü dəfədə tövbə etdirilmədən qətlə yetirilməsi hökmünün (düzgünlüyü) şübhəlidir. Bu hökmlər mürtəd edən şəxs kişi olduğu təqdirdədir. Amma mürtəd olan şəxs qadındırsa, qətlə yetirilməz və ölmədən öncə əmlakı varislər arasında bölünməz. Əri ilə aralarında yaxınlıq olmadığı və ya azyaşlı, yaxud da yaisə olduğu təqdirdə mürtəd olmaqla nikah əqdi pozular. Əks təqdirdə isə əqdin pozulması iddə müddətinin bitməsi ilə baş verər. Onun iddəsi “İzahlı şəriət” kitabında 563-cü məsələdə deyildiyi kimi talaq iddəsi müddəti qədərdir. Mürtəd qadın tövbə edənədək həbs olunmalı, ona təzyiq olunmalı, namaz qılanadək vurulmalıdır. Əgər tövbə edərsə, tövbəsi qəbul olunar. Mürtəd qadına nisbətdə onun milli və ya fitri olmasının hökmü arasında heç bir fərq yoxdur.

Sual: Mürtədliyin hökmlərinin icrası hansı şərtlərdən asılıdır.

Cavab: Mürtədliyin hökmlərinin tətəbiq olunması üçün bu şərtlər olmalıdır; həddi-buluğ, ağıl, məqsəd və ixtiyar. Əgər mürtədliyə məcbur edilərsə və məcbur qalaraq mürtəd olarsa, sayılmaz. Həmçinin səhv edərək, zarafatla və ya dili çaşaraq mürdət olduğunu deyərsə və ya ixtiyarı əldən alacaq həddə qəzəblənərək mürtəd olarsa, yaxud da dediyi sözün mənasın bilmirsə, mürtəd hesab olunmaz.

Sual: Sizin “Minhacus-salihin” adlı kitabınızda 212-ci məsələdə xülasə olaraq belə deyilir: Zövcənin mürtəd olması mütləq surətdə onun nikahının pozulamsına səbəb olar. Bizim məhkəmələrdən biri sizin bu fətvanıza əsasən (İslamdan) xristianlığa keçən mürtəd qadının nikahını ləğv etmişdir. Mürtəd qadın dedikdə sizin də dediyinizdan başa düşüldüyü kimi (İslamdan) çıxıb xristianlıq və yəhudilikdən başqa dinə keçənlər nəzərdə tutulur. Əgər mütləq mənada dindən (İslamdan) çıxma mürtədlik hesab olunursa, bəs bəzi alimlərin nəzərində kitab-əhlindən olan qadınlarla evlənməyin icazəli olması ilə mürtəd qadının nikahının pozulması məsələsini necə anlamaq oalr?

Cavab: Mürtəd qadın dedikdə təkcə xristian və ya yəhudiliyi seçən deyil, ümumi məna nəzərdə tutlur. Qadının ümumi mənada mürtəd olması nəticəsində nikahının batil olması hökmü ilə müsəlman kişinin xristian və ya yəhudi qadınla müvəqqəti və ya daimi evlənməsinin icazəli olması arasında heç bir ziddiyyət yoxdur. Bundan əlavə bəzi fəqihlər mürtəd olumuş qadının xüsusilə də, müsəlman kişi ilə evlliyini düzgün hesab etmirlər. Allah (ən doğrusunu) bilir!

Sual: Xristina qadınla ailə həyatı qurdum. Evliliyimizdən sonra İslamı qəbul etdi. 10 illik evlilik müddətində üç övladımız olub. İndi zövcəm yenidən xristianlığa dönmək istəyir. Mən nə etməliyəm?

Cavab: Zövcə İslam dinindən çıxarsa, nikah əqdi pozular. Lakin iddə müddəti bitmədən öncə İslama qayıdarsa, nikah əqdi öz hökmündə qalar. Allah (ən doğrunu) bilir.   

      

Qursaq (pendir mayası) və enzim

Sual: Xarici və ərəb ölkələrində istehsal olunan olan öküz qorsağının və pendirləin tərkibində olan mayaların hökmü nədir?

Cavab: Əgər İslam qaydası ilə kəsilməyən öküzün qursağından hazırlandığını bilmirsənsə və əmin deyilsənsə, eybi yoxdur. Tərkibində öküz və bu kimi heyvanların qursağından hazırlanmış maya olan və qeyri-müsəlman ölkəsində istehsal olunan pendirlərin mayasının heyvan qursağının daxili pərdəsindən düzəldiyi sübuta yetərsə, haram və murdar hökmündədir.

            Sual: Qeyri-müsəlman ölkələrindən idxal olunan, tərkibində öküz qursağı olan pendirlərin yeyilməsi halaldırmı?

Cavab: Əgər pendirin mayasını heyvan mədəsinin pərdəsindən hazırlayırlarsa –necə ki, istehsalçı şirkətlər belə edir – yeyilməsi icazəli deyil. Həmçinin jelatinin və ya tərkibində jelatin olan qidaların, hətta qeyri-şəri yolla kəsilmiş heyvanın sümüyündən hazırlanmış olsa belə, yeyilməsi vacib ehtiyata əsasən haramdır.

Sual: Avstraliyada istehsal olunan “Saqar” pendirin hökmü nədir? Çünki biz başqa pendir yemirik.

Cavab: Tərkibində öküz qursağından hazırlanmış maya olan və qeyri-müsəlman ölkəsində istehsal olunan pendirlərin əgər mayasını heyvanın qursağının pərdəsindən düzəldirlərsə, haram və murdar hökmündədir.

Sual: Qeyri-müsəlman ölkələrində istehsal olunan və tərkibində öküz və ya başqa heyvanın qursağı olan bəzi pendirlərin hökmü nədir? Halbuki bilmirik ki, həmin pendirin mayası İslam qaydası ilə kəsilmiş heyvanın qursağından hazırlanıb ya yox?

Cavab: Əgər İslam qaydası ilə kəsilməyən öküzün qursağından hazırlandığını bilmirsənsə və əmin deyilsənsə, eybi yoxdur.

Sual: Sizin nəzərinizdə (pendir mayası olan) qursağın tərifi nədir?

Cavab: (Pendir mayası olan) qursaq südəmər quzu və ya çəpişin mədəsidir. Qeyd olunduğu kimi ölmüş (südəmər) heyvandan götürülsə də, pakdır. Lakin rütubətli halda ölmüş heyvanın bədəninə təmas etdiyi üçün üzəri yuyulmalıdır.

Sual: Jelatin pak hökmündədirmi?

Cavab: Heyvan mənşəli jelatinin özlüyündə murdar olması sübuta yetməzsə, məsələn, İslam qaydası ilə kəsilmiş heyvandan hazırlandığı ehtimal olunarsa,  pak hökmündədir. Lakin İslam qaydası ilə kəsilmiş heyvandan hazırlanması sübuta yetməyibsə, ürfün nəzərində içində yox olacaq miqdardan artıq başqa qidaların tərkibinə qatılmamalıdır. Yaxud tamamilə istihalə olunmasına (tərkibini dəyişməsinə) əminlik olmalıdır. Bu halda onun qığırdaq kimi heyvanın həyat olan hissələrindən hazırlanması və ya sümük kimi həyat daşımayan hissələrdən hazırlanmasının fərqi yoxdur. Lakin sonuncu ehtiyata əsasəndir. 

      Amma qursağın murdar olması məlum olarsa, məsələn, zatı murdar olan heyvandan və ya İslam qaydası ilə kəsilməyən heyvanın qığırdağından və yaxud da pak olmadan əvvəl sümüyündən hazırlandığı məlum olarsa, murdar cəsədə rütubətlə təmas etdiyi üçün murdar olar. Onun pak olması hökmü və qida məhsullarının tərkibində istifadə edilməsinin icazəli olması tamamilə istihalə olmasından asılıdır. İstihalənin qaydasını bəyan etmişik. 

Sual: Tərkibində qeyri-müsəlman ölkələrindən idxal edilən qursaq olan pendirlərin hökmü nədir?

Cavab: Əgər İslam qaydası ilə kəsilmiş heyvandan hazırlandığı nəzərə alınacaq dərəcədə ehtimal olunarsa və ya mayanın maye yaxud mayeyə bənzər maddə olması və yuylmasının qeyri-mümkün olması sübuta yetərsə,  yeyilməsi icazəlidir.

Sual: İnək qursağı, hətta ölmüş inəkdən götürülsə belə, pakdırmı?

Cavab: Süddən formalaşan təbbi qursaq mütləq surətdə pakdır. Amma heyvan mədəsinin dərisindən hazırlanarsa, murdardır.

Sual: Əgər jelatinin tamamilə istihalə olunması sübut olunarsa, İslam qaydası ilə kəsilmiş heyvandan hazırlanmış jelatinin (qida tərkibində) yeyilməsinin hökmü nədir?

Cavab: Əgər onun xammalı kimyəvi əməliyyat nəticəsində istihalə olarsa, ürfün nəzərində əvvəlki həqiqətindən əsər-əlamət qalmazsa, onu yeməyin eybi yoxdur.

Sual: Qeyri-müsəlman ölkələrindən idxal edilən qursağın hökmü nədir?

Cavab: Yeyilməsi icazəlidir. Lakin içərisində tamamilə yox olmayacaq qədər haram və ya murdar bir şeyin olduğunu bilsən, məsələn, pendir düzəltmək üçün maya İslam qaydası ilə kəsilməyən inəyin mədəsinin daxili pərdəsindən hazırlandığını biləsən, yeyilməsi icazəli deyil.

Sual: Mən Amerika Birləşmiş Ştatlarında yaşayıran. Qida məhsullarının halallığında müəyyən çətinliklərlə qarşılaşıram. Məndə pendir kimi bəzi qida məhsullarının halalığında şəkk-şübhə yaranır. Belə ki, pendirlərin tərkibində qursaqdan hazırlanmış maya olur. Çoxunun tərkibində “enzim” maddəsi var. “Enzim” sözünün mənasını araşdıqda isə onun tərkibində inək və ya donuz qatqısı olan maya olduğu məlum olur. Bu halda onun yeyilməsi icazəlidirmi?

Cavab: Əgər onun tərkibində İslam qaydası ilə kəsilməmiş heyvan və ya donuz qatqısı olan maya olduğuna əminsənsə, yeyilməsi icazəli deyil.

Sual: Qeyri-müsəlman ölkələrindən idxal edilən bəzi pendirlərin tərkibində maya bakteriyaları olur. Belə pendirlərin yeyilməsi icazəlidirmi?

Cavab: Bu cəhətdən peç bir eybi yoxdur.

Sual: Biz qərb ölkələrində yaşayırıq. Bizə məlum olub ki, çörək və bir çox məcun halında olan qidaların tərkibində enzim maddəsi var. Bu maddə inəyin və donuzun mədəsindən hazırlanır. Bu halda hökm nədir? Həmin maddə istihalə ilə pak olurmu?

Cavab: Əgər “enzim”in İslam qaydası ilə kəsilmiş heyvanın hissəsindən hazırlandığı ehtimal olunarsa və qidanın ətrkibində tamamilə qarışıb itəcək miqdardadırsa onun pak və halal olmasına hökm verilər. Amma “enzim”in əti haram olan və ya İslam qaydası ilə kəsilməyən heyvanın hissəsindən hazırlandığı məlum olarsa, yeyilməsi halal deyil. Yalnlız “enzim”in başqa maddəyə çevrilərsə (istihalə olarsa) icazəlidir.