Ayətullah Sistaninin xüsusi nümayəndəsi dünyasını dəyişib

Rəhmli, mərhəmətli Allahın adı ilə!

Biz Allahınıq və Ona tərəf qayıdacağıq.

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani cənablarının nümayəndəsi olan Rəbbani alim Hüccətul-İslam vəl- muslimin Şeyx Məhəmməd Əli Mosuli uca Yaradanın rəhmətinə doğru köç etmişdir.
Bu münasibətlə, zamanın Sahibinə (ə), İslam ümmətinə, Əhli- beyt (ə) davamçılarına və dini elm mərkəzlərinə baş sağlığı deyir, Allah təaladan mərhumu geniş mərhəməti ilə rəhm etməsini və onu Məhəmməd (s) və onun pak ailəsilə (ə) həşr etməsini diləyirik. Allahın güc və qüdrətindən başqa güc və qüdrət yoxdur!