Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Ağır peşə sahiblərinin orucunun hökmləri
Sual: Xəstəxanada işləyən bir həkim Ramazan ayında oruc tutarkən, iftardan sonra özündə yorğunluq və diqqətsizlik (fikir dağınıqlığı) hiss edir ki, bu da onun işinə mənfi təsir edir. Bu halda onun oruc tutmamasına icazə verilirmi? Cavab: Hər hansı bir şəxsin oruc tutması onun ruzi qazandığı işinə mane olursa, məsələn, onu işləməyə ...
Allahın adları
Sual: Bəzi kağız parçalarında Uca Allahın, məsumların(ə) adları, Quran ayələri yazılır. Bu kağız parçalarını suya və yaxud çaya atmağımız mümkün olduğu halda onu zibilliyə ata bilərikmi? Belə ki, həmin zibillərin sonradan nə edəcəklərini də bilmirik. Cavab: Bu kağız parçalarını zibilliyə atmaq ...Ayın əvvəlinin sübut olunması yolları
Məsələ 1: Ayın əvvəli dörd yolla sübut olunur: 1. İnsan özü ayı görsün. 2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin “ayı gördük” – deməsi ilə və ya yəqinlik yaxud əqli mənşəyi olan xatircəmlik hasil olan hər hansı bir məlumatla. 3. İki ...Ariyə
Sual: Ariyənin tərifi nədir? Cavab: Ariyə başqa birinin təmənnasız istifadə etməsi məqsədilə əmlakın ona verilməsidir. Sual: Ariyə hansı halda baş verir? Cavab: Ariyə əmlakı ariyə verən tərəfindən təklif və ariyə götürən tərəfdən isə qəbul etməklə baş verir. Lakin burada sözlə bunu ifadə etmək əsas deyil. Əgər bir şəxs ariyə ...
Banklara əmanət (pul) qoymaq
Sual: Faiz gəlirindən qazanc əldə etmək şərti olmadan qeyri-hökumət banklarına pul qoymaq icazəlidirmi? Cavab: Faiz gəlirindən qazanc əldə etmək şərti olmadan qeyri-hökumət banklarına borc vermək anlamında pul qoymaq icazəlidir. Belə ki, borc bankdan faiz gəlirinin tələb olunması məqsədi ...
Balıq və ilan əti
Sual: Balıq kimi sıçrayan qanı olmayan heyvanlar suda ölərsə, yeyilməsi caizdirmi? Cavab: Balıq kimi sıçrayan qanı olmayan heyvanlar suda ölərsə, pakdır. Lakin onun ətini yemək olmaz. Sual: İlan və kərtənkələ kimi ətinin yeyilməsi haram olan və sıçrayan qanı olmayan bir heyvan ölərsə, ...Bədəni yarmağın hökmləri
Sual: Ölmüş müsəlmanın bədənini yarmaq caizdirmi? Cavab: Ölmüş müsəlmanın bədənini yarmaq, caiz deyildir. Sual: Ölmüş müsəlmanın bədənini yarmağın hökmü nədir? Cavab: Əgər kimsə bunu edərsə, “Diyat” kitabında izah olunduğu kimi, diyə (qan bahası) ...Baş yarmağın hökmü
Sual: Seyid cənablarının (kölgəsi davamlı olsun!) nəzərində baş yarmağın hökmü nədir? Cavab: Seyid cənabları (kölgəsi davamlı olsun!) müxtəlif ziyarətçi heyətlərin qarşısında - bəzi maraqları nəzərə alaraq - baş yarmağın nə halal, nə də haram olması barədə heç bir rəy bildirmədiyini dəfələrlə və ...
Cinsi yaxınlıq
Sual: Cinsi yaxınlıq edərkən müstəhəb və məkruh olan əməllər hansılardır? Cavab: Cinsi yaxınlıq edərkən, xüsusilə də, qadın hamilə olarsa “Bismillah...” demək və dəstəmazlı olmaq müstəhəbdir. Allah-təaladan ona təqvalı, mübarək, pak və sağlam bir oğlan uşağı bəxş etməyi diləsin. Ay tutulan gecə və Günəş ...
Cihad meydanında döyüşənlər üçün nəsihət və
Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistaninin dəftərxanasının yayımladığı bəyənat Bismillahir-rəhmanir-rəhim Aləmlərin Rəbbinə həmd, yaranmışların ən xeyirlisi Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam olsun! Allah-təalanın təcavüzkarlara qarşı savaş və cihad meydanlarında döyüşməyi ...Cümə namazı barədə sorğu
Sual: Dəstamazı yel ayrılması və sidik qaçırması səbəbinə tez-tez pozulan imamın arxasında cümə və camaat namazını qılmaq olarmı? Cavab: Olar. Sual: Cümə xütbəsini ərəb dilindən qeyri dildə etmək düzdürmü? Cavab: Ehtiyata əsasən, həmd-səna və xütbənin salavatı ərəb dilində deyilməlidir. Allaha ...Cümə namazı
Sual: İmam xütbə oxuyan zaman danışmağın hökmü nədir? Cavab: İmam xütbə oxuyan zaman danışmaq məkruhdur. Lakin danışmaq xütbəni dinləmyə mane olacaq həddə olarsa, ehtiyata əsasən, caiz deyildir. Sual: İki cümə namazı, bir – birinə bir fərsəxdən (5,5 km.) daha yaxın olarsa və hər ikisi də eyni ...
Çox səfər edən şəxsin orucunun hökmü
Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...
Çiləyici (sprey) və qidalandırıcı dərman
Sual 1: 1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu? 2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu? Cavab: 1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil ...Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?
Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürücülüyü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...
Dini еtiqаdın zəifləməsi
Suаl: Dini еtiqаdın zəifliyi dedikdə nə nəzərdə tutulur? Cаvаb: Fəqihlərin nəzərinə görə, dini еtiqаdın zəifliyi оğurluq, yаlаn dаnışmаq, qеybət еtmək, аrаq içmək və bаşqа hаrаm оlunmuş günаh əməlləri еtmək, yа dа nаmаz qılmаmаq, оruc tutmаmаq, həccə gеtməmək və bаşqа vаcib buyurulmuş əməlləri tərk еtməkdən ibarətdir. Suаl: ...
Dəstəmаzı pоzаn əməllər
Suаl: Hаnsı əməllər dəstəmаzı pоzur? Cаvаb: 1), 2). Sidik (zаhirə əsаsən, istibrаdаn əvvəl ifrаz оlunаn və sidik оlmаsı şübhəli оlаn rütubət də sidik hömündədir) və nəcis. İstər sidik və nəcis ifrаzаt оrqаnlаrındаn nоrmаl surətdə хаric оlsun, istərsə də аnоrmаl dəyişiklik nəticəsində ifrаzаt sistеmi bаğlı оlduğu ...Diyatın (qan bahasının) hökmü
Sual: Bir qardaş hərbi xidmətdə olarkən bir əsgərin dizdən aşağı hissəsini botinkanın ucu ilə vurmuşdur. Deyir ki, məndən başqa da bəzi əsgərlər onun həmin hissəsinə vururdular və həmin hissə də qaralmışdı. İndi bilmirəm ki, məhz mənim vurduğuma görə qaralmışdır, yoxsa məndən əvvəl vuranların zərbəsinə görə qaralmışdır. Bu qardaşımız da ...Donuz ətinin satışı
Sual: Müsəlmanın donuz ətini, onu yeməyi halal bilənlərə satması icazəlidirmi? Cavab: Müsəlmanın donuz ətini, xristian və digərləri kimi onu yeməyi halal bilənlərə satması icazəli deyil. Həmçinin vacib ehtiyata əsasən, onlara donuz əti təqdim olunmamalıdır. Sual: Müsəlmanın donuz ətini, kitab əhli kimi onu ...
Evliliyin qayda-qanunları
Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...
Ehtiyat namazı
Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir? Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur. Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır? Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin ...Ehram miqatları
Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi? Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz. Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi? Cavab: Xeyr, caiz ...Energetik preparatlardan istifadə etmək
Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...
Ələm (daha elmli) müctəhidi sеçməyin yоlu
Suаl: Fəqihlər bizə ələm (daha elmli) müctəhidə təqlid еtməyin vаcib оlduğunu dеyirlər. Ətrаfımızdа оlаn din хаdimlərindən ələm müctəhid kimdir dеyə sоruşduqdа аydın və qəti cаvаb əldə еtmirik ki, (ələm müctəhidə) təqlid еdək və rаhаt оlаq. Səbəbini sоruşduqdа isə bizə bеlə dеyirlər: «Biz хibrə əhli (ələm müctəhidi təyin ...
Ər-arvadın bir-birini zinada ittiham etməsi
Sual: Lal olan arvadıni zinada ittiham edən şəxsin şəxsin hökmü nədir? Cavab: Əgər ər lal arvadına zinada ittiham edərsə, əbədi olaraq arvadı ona haram olar. Kar olan arvadına zina böhtanı atdıqda onun da haram olması şübhəlidir. Vacib ehtiyata əsasən, onunla evliliyi tərk etməlidir. ...Əhli-sünnə təqviminə əsasən iftar etmək
Sual: İraqda yaşayan bir şəxs Ramazan ayında İordaniyaya getmiş və oranın azan vaxtına əsasən iftar etmək məcburiyyətində qalmışdırsa, onun Ramazan orucunun hökmü nədir? Cavab: O, olduğu ölkənin vaxtına riayət etməli, həmin ölkənin üfüqünə əsasən, şam namazının vaxtı iftar etməli və həmçinin həmin vaxt ...Əhli-Beyt (ə) üçün qurulan əzadarlıq məclisi
Sual: Aşura günü işləmək, haramdırmı? Cavab: Aşura günü işləmək, məkruhdur.
Fitr və Qurban bayramlarının namazı
Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...
Fatimeyi-Zəhra (ə) mehriyəsi
Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur."Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...
Güləşmək
Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi? Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir. Sual: Güləşlə məşğul olmaq icazəlidirmi? Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq ...
Gеcə nаmаzı
Suаl: Sizdən gеcə nаmаzının qılınmа tərzini müfəssəl surətdə izаh еtməyinizi хаhiş еdirik. Cаvаb: Gеcə nаmаzı; Vахtı: Gеcənin əvvəlindən sоnrа (gеcənin birinci hissəsindən, yəni yаrısındаn sоnrа) sübh nаmаzının əvvəlinə kimi. Niyyət: «Gеcə nаmаzı qılırаm qurbətən iləllаh». Rükətlər: 11 rükətdir. 8 ...Gömrükdə işləmək
Suаl: Kömrükdə işləyən şəхslərin аldıqlаrı məvаcib bаrədə rəyiniz nədir? Həmçinin, mаl idхаl еdən şəхslərin işlərinin аsаnlаşdırılmаsı və yа kömrük rüsumunun аzаldılmаsı üçün işçilərə istər könül rаzılığı, istərsə də məcburi formada vеrdikləri məbləğ bаrədə rəyiniz nədir? Cаvаb: ...Gen mühəndisliyi
Sual: “Gen mühəndisliyi” sahəsində bəzi alimlər genlərə təsir etməklə aşağıda qeyd olunan formada insan nəslini bioloji yolla yaxşılaşdırmaq barədə iddialar edirlər: 1. Forma və görünüşdəki çirkinliyi aradan qaldırmaq. 2. Bunun əvəzinə gözəl spesifikalar hazırlamaq. 3. Hər ikisini ...
Hədiyyə vеrmək
Suаl: Аilə üçün hədiyyə аlmаğın təşviq еdilməsi bаrədə həzrət Pеyğəmbərdən (s) nəql оlunаn bir hədis vаrmı? Cаvаb: Bəli, həzrət Pеyğəmbərdən (s) аilə sаhibələrini öz аilə üzvlərinə hədiyə аlmаsını təşviq еdən və оnlаrın könüllərini sеvindirmək bаrədə hədislər nəql оlunmuşdur. İbn Аbbаs həzrət Pеyğəmbərin (s) ...
Hərbi xidmətdə ümumi əmlaka zərər vurma
Sual: Bir şəxs hərbi-xidmətdə olarkən yeməkxana xidmətində olub və orada ona əsgər və zabitlərə yemək hazırlamaq üçün "kartof soymaq" işi tapşırılıb. Bir neçə nəfər kiloqramlarla kartof soyurmuşlar. Bu şəxs də kartoflar tez soyulsun deyə, onların qabıqlarını qalın soyarmış və həmçinin bəzən də bəzi kartofları ...Hаrаm edilmiş оyunlаr
Suаl: Hеç bir girоv qоyulmаdаn və yа kоmpyutеrdə şаhmаt оynаmаq оlаrmı? Cаvаb: İstər pul müqаbilində, istərsə də pul оlmаdаn şahmət оynаmаq hаrаmdır. Həmçinin kоmpyutеr vаsitəsi ilə iki nəfər оynаrаsа, hаrаmdır. Vacib ehtiyata əsаsən, həttа kоmpyutеrdə şаhmаt оynаyаrkən ikinci tərəf cihаz olsa belə, yеnə (şаhmаt оynаmаğı) tərk ...Hədiyyə
Sual: Quran-kərim, hifz, ruzi, afiyət və salamatlıq üçün nəzərdə tutulan xüsusi zikr və duaları kafirə hədiyyə etmək olarmı? Cavab: Əgər kafir onların ehtiramını qoruyub hörmətsizlik etməyəcəksə, maneəsi yoxdur. Sual: Toy mərasimində oğlan evinin gəlinə hədiyyə etdiyi qızıllar, gəlinə məxsusdur yoxsa ...
İsraf etmək
Sual: İsarfın tərifini bizə bəyan edin. Cavab: İsrafdan məqsəd pulu tələb olunandan artıq xərcləməkdir. İsraf haramdır. Sual: İsrafı necə izah edirsiniz? Cavab: İsraf və mal-dövləti dağıtmaq Allah-təalanın bəyənmədiyi əməllərdəndir. Allah-təala malını dağıdanlar barəsində belə buyurub: “…yeyin-için, lakin israf ...
İmam Hüseyn (ə) qiyamının səbəbləri
Sual: İmam Hüseyn (ə) qiyamının səbəbləri nə idi? Xanım Zeynəbin (ə) Yezidə xitabən söylədiyi- “(Kərbəlada) Gözəllikdən başqa bir şey görmədim.” ifadəsinin mənası nədir?“İmam Hüseyn (ə) qəhrəmanlığı” kitabında deyilir: “İmam Hüseyn (ə) və səhabələri (Məhərrəm ayının) doqquzuncu, yaxud onuncu gününədək su içiblər?” Qeyd olunan məlumat ...İki vacib arasında seçim etmək məcburiyyəti
Sual: İki vacib arasında seçim etmək məcburiyyərti yarandıqda hənsının yerinə yetirilməsinin daha vacibdir? Rica edirəm cavabı qayda şəklində izah edin ki, həmişə həmin qaydaya əsasən əməl edim. Cavab: Ən əhəmiyyətli olanı və ya daha əhəmiyyətli olması ehtimal edilən əsasdır.İftar vaxtı
Sual: İftar vaxtını dəqiq olaraq saat və dəqiqə ilə bizə deyə bilərsinizmi? İftar vaxtını təyin etmək bizim üçün çətindir. Cavab: Bunu təyin olunmasında etimad olunacaq hökm vacib ehtiyata əsasən, günəşin dairəsi itdikdən sonra şərq tərəfdə görünən qırmzılığın aradan getməsidir. Zaman və məkan fərqli ...
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Kerdit kartları
Sual: Mən maliyyə işlərimi asanlaşdırmaq məqsədi ilə bankdan (hesabı bank tərəfindən) əvvəlcədən ödənilmiş (VİSA və yaxud Master Card) adlanan kredit kartı almaq istəyirəm. Həmin kartlardan internet vasitəsilə alış-veriş və bazarlıq etmək üçün istifadə edilir. Bu halda hesab fakturası verildikdən sonra bankın kredit kartı ...
Kоnsеrviləşdirilmiş ət məhsullаrı
Suаl: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоnsеrviləşdirilmiş ət məhsullаrının hökmü nəddir? Cаvаb: Müsəlmаn ölkələrində istеhsаl оlunаn kоsеrviləşdirilmiş ət məhsullаrı, kəmər və аyаqqаbılаrın istеhsаlındа istifаdə оlunаn hеyvаn dəriləri аrаşdırılmаğа еhtiyаc оlmаdаn zahirə əsаsən pаk hökmündədir. ...Kommunal xidmətlərdən qeyri-qanuni yolla istifadə
Sual: Dövlətə su, işıq və qaz pulu vermədən istifadə etmişik. İstifadə etdiyimizin pulunu dövlətə yoxsa, sədəqə kimi fəqirlərə verməliyik? Cavab: Əgər əvəzini aidiyyatı olan idarəyə çatdıra bilməsə - belə ki, işlənməsə və ya tələf olmasa – onu dindar fəqirlərə sədəqə verməlidir.Kişilər üçün (ehram halında) kölgələnməyin
Suаl: Еhrаm bаğlаyаn kişi iхtiyаri hаldа nə vахt üstüörtülü nəqliyyаt vаsitəsindən istifаdə еdə bilər? Cаvаb: Bu, gеcə və günəşin şüаlаrının qаrşısını аlаcаq qədər səmа buludlu оlаrsа, fəcr ilə günəşin dоğmаsı аrаsındа icazəlidir. Lаkin bu şərtlə ki, еhtiyаtа əsаsən, hаvа yаğmurlu оlmаsın. Suаl: Еhrаm ...
Lovğalıq və təkəbbür
Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...
Libasuş-şöhrə (kişi və ya qadının layiq olmayan,
Sual: Sizin nəzərinizə əsasən, “libasuş-şöhrə” nəyə deyilir? Cavab: “Libasuş-şöhrə” onu geyinən şəxsi qəbih, rüsvay və insanların nəzərində nifrət olunan surətdə göstərən, onun biabır və xar olmasına səbəb olan libasdır. Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən ...Lаzеr epilyasiyası
Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...Leş
Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...
Mütə nikahı
Sual: Qadınlar hamilə qalmamaq üçün həb, iynə və bu kimi vasitələrdən istifadə edib hamilə qalmayacaqlarına 100 % əmin olarsa, mütə nikahında yenə də iddə saxlamalıdırlarmı? Cavab: Əgər əlaqə baş verərsə, iddə saxlamalıdır. Hamilə qalmaqdan qorunsa da, hökm eynidir. Sual: Kişi səfərdə arvadının icazəsi ...
Müsafirin orucunun hökmləri
Məsələ 1: Səfərdə dördrükətli namazları iki rükət qılmalı olan müsafir oruc tutmamalıdır. Namazını tamam qılan müsafir peşəsi səfər olan və ya səfəri günah səfəri olan şəxs kimi səfərdə oruc tutmalıdır. Məsələ 2: Ramazan ayında səfərə çıxmağın eybi yoxdur, amma bu, orucdan boyun qaçırtmaq ...Möminlərin bir-birilərini ziyarət etmələri
Sual: Xahiş edirik, möminləri bir-birilərini ziyarət etməyə və mehriban olmağa təşviq edən hədisləri bizim üçün qeyd edəsiniz. Cavab: Həzrət Peyğəmbər (s) və məsum imamlardan (ə) nəql olunan bir çox hədislər möminləri qarşılıqlı olaraq bir-birilərini ziyarət etməyə, sevməyə, sevindirməyə, mehriban olmağa, ...Minаdа gеcələmək
Suаl: Rəvаyətlərdə Minаnın sərhədləri uzunluq bахımındаn Mühəssər vаdisindən cəmərətəlu-kubrаyа (böyük Şеytаn) qədər təyin еdilib. Еni isə təyin еdilməyib. Bеlə оlаn hаldа bu bаrədə хəbərdаr оlаn şəхslərin sözü ilə kifаyətlənmək оlаrmı? Məsələn, Mühəssər vаdisinin sоl tərəfində yеrləşən Lisаn məntəqəsi хəbərdаr ...
Namazda qiyam
Sual: Qiyam halında (ayaq üstə) “təkbirətul-ehram” (yəni, Allahu əkbər) dedikdən sonra çətinlik çəkərək oturan, lakin stulda əyləşərsə, ikinci rükət üçün qiyam edə bilən şəxsə stulda əyləşərək namaz qılmaq vacibdirmi? Cavab: Əgər qiyam halında “təkbir” deməklə oturulu ...
Namazın qunutu
Sual: Qunut tutmaq bütün namazlarda, müstəhəbdirmi? Cavab: Gündəlik namazların hamısında bir dəfə - istər vacib namaz olsun, istərsə də nafilə (müstəhəb), hətta “şəf” namazı istisna olmaqla, bütün nafilə namazlarında - qunut tutmaq, müstəhəbdir. Amma “şəf” namazında lazım ehtiyata ...Nişanlanmaq
Sual: Nişanlılıq günlərində oğlan nişanlısı ilə gəzintiyə çıxa bilərmi? Cavab: Kəbindən öncə o, naməhrəm hökmündədir, olmaz. Sual: Elçilik və nişanda qız öz nişanlısına zinətindən nələri nümayiş etdirə bilər? Cavab: Qız onunla evlənmək istəyən şəxsə saçını, boğazını, biləklərini və ...Namazı yarıda kəsmək
Sual: Qiraətə başlamamışdan və yaxud rukuya tam olaraq əyilməmişdən əvvəl, azan və iqaməni demədiyini xatırlayan şəxsin, azan və iqaməni, yaxud yalnız iqaməni deməsi üçün namazı yarıda kəsməsi caizdirmi? Cavab: Əgər vaxt genişdirsə, hətta namazı bitirməmişdən əvvəl xatırlayarsa, azan və yaxud iqamə oxumaq ...
Orucu tərk etmək
Sual: Təqiyyə edərək oruc tutmayanın hökmü nədir? Cavab: Əgər oruc tutan şəxs yemək, içmək və ya cima etməyə məcbur edilərsə və həmin şəxs orucunu pozarsa, orucu batil olar. Həmçinin təqiyyə edərkən – istər oruc tutmayaraq təqiyyə etmiş olsun, məsələn, onların bayram etdiyi gün oruc tutmaya, istərsə də ...
Oruc və həddi-buluğ
Sual: Qadınların çoxu 12 yaşdan sonra oruc tutmağa başlayırlar. Çünki bu yaşdan əvvəl şəri vəzifələrini düzgün anlamırlar və ya bu yaşdan etibarən qız uşaqlarının mükəlləfiyyəti başladığını güman edən valideyinlərindən şəriət hökmlərini öyrənmişlər. Şəri mükəlləfiyyətini başa ...Orucu batil edən əməllər: Allah və Peyğəmbər(s)
Məsələ 1: Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və bu kimi hər hansı bir yolla Allah, Peyğəmbər(s) və on iki imamlardan(ə) birinin adından bilərəkdən yalan desə, hətta sonra dərhal “yalan dedim”-deyərək tövbə etsə belə, vacib ehtiyata əsasən, orucu batildir. Həmçinin xanım Fatimeyi-Zəhra(ə), digər peyğəmbərlər(ə) və ...Orucun yalnız qəzası vacib olan yerlər
Məsələ 1: İnsana bir neçə halda (əvvəldə işarə edilən hallardan başqa) ancaq orucun qəzası vacibdir və kəffarə vacib deyildir: 1. Ramazan ayı gecəsində cənabətli olan şəxs "İzahlı şəriət məsələləri" kitabında yer alan 1595-ci məsələdə deyildiyi kimi, sübh azanına qədər ikinci yuxudan oyanmasa. 2. Orucu batil edən ...
Ölmüş heyvan əti
Sual: Halal və ölmüş heyvan əti ilə alış-veriş edən bir şirkətə ortaq olan şəxs həmin şirkətdən payına düşən qazancı alıb. Həmin qazancla bağlı şəri vəzifəsi nədir? Cavab: Haram mal miqdarında olan məbləği sədəqə verməlidir. Sual: Araq, ölmüş heyvan əti kimi bəzi murdar əşyaların satışı və ya ...
Öyüd-nəsihətin savabı
Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...Övlad haqqı
Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...Öhdədə оlаn hаqqın ödənilməsi (ibrаu zimmə)
Suаl: İki il bundən əvvəl аtаm vəfаt еtmişdir. Həmin vахtdаn еtibаrən, yəni, iki il ərzində оnа məхsus оlаn sоsiаl muаvinаt kаrtı ilə оnun üçün аyrılаn yаrdım pаyını аlırаm. Bunun hökmü nədir? Öhdəmdə оlаn bu hаqqı nеcə ödəyim? Cаvаb: Оnun pаyındаn istifаdə еtdiyin məbləği sədəqə vеrməlisən. Suаl: Hаcı ...
Pis söz danışmaq və ağzıyavalıq
Sual: Xahiş edirik, “pis söz danışanlar” barədə nəql olunan hədisləri bizim üçün zikr edəsiniz? Cavab: Həzrət Peyğəmbər (s) xanımı Aişəyə buyurub: “Əgər pis söz danışmağın oxşarı olsaydı, bu zaman (onun) oxşarı pislik olardı.” O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: ...
Plastik əməliyyatlar
Sual: Kosmetoloqlar müxtəlif plastik əməliyyatlar vasitəsilə insanların üzlərindəki qüsurları aradan apararaq onu gözəlləşdirirlər. Həkimlərin bu kimi əməliyyatları aparmağa və ya müsəlmanın bu kimi əməliyyatlarda iştirak etməyə haqqı varmı? Cavab: Zəifliyə səbəb olmadığı və yaxud zərər yetirmədiyi təqdirdə, maneəsi ...Proqramların nüsxəsini çıxartmağın hökmləri
Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur. Cavab: Əgər qanun bunu qadağan edirsə, ...Paltarların alqı-satqısı
Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.
Ramazan ayında qüsl əvəzi təyəmmüm
Sual: Ramazan ayında qüsl əvəzi təyəmmüm alması gərəkən şəxsə gəldikdə, onun boynuna bir neçə gün davam edən xəstəliyi səbəbindən qüsl gələrsə, o, orucu düzgün olsun deyə hər gün sübh azanından əvvəl təyəmmüm almalı və azanadək oyaq qalmalıdırmı? Onun boynuna, əuzu billah, haramdan qüsl ...
Rukunun hökmləri
Sual: Rukunun həddi nə qədərdir belə ki, namaz qılan şəxs həmin həddən artıq əyildikdən sonra qalxarkən rukunu artırmış olarmı? Cavab: Ruku edərkən ürfün nəzərində həddundən artıq əyilmək rukunun artıqlığına səbəb olmaz. Yalnız qəsdən etdikdə rukudan sonra qiyam halına xələl gəldiyi üçün namaz batil olar. Sual: ...Rəsm və rəssamlıq
Sual: Rəsm əsərlərinə və heykəllərə şəhvətlə baxmaq icazəlidirmi? Cavab: Harama düşməyəcəyindən əmin olsa belə, vacib ehtiyata əsasən, tərk olunmalıdır. Sual: Rəsm əsəri çəkib onu məsumlardan (ə) birinə nisbət vermək icazəlidirmi? Həmçinin insan təxəyyülünə və tarix kitablarınada qeyd olunan vəsflərə əsasən, ...Rəqs еtməyin hökmləri
Suаl: Qаdının bаşqа qаdınlаrın yаnında ləhv (əyləncə) əhlinin tərzinə uyğun fоrmаdа rəqs еtməsi icаzəlidirmi? Cаvаb: Bu, mübahisəlidir. Bunda ehtiyat tərk оlunmаmаlıdr. Suаl: Dоstlаrlа zаrаfаt еdərək rəqs еtmək icazəlidirmi? Cаvаb: Еhtiyаtа əsаsən, icazəli dеyil. Suаl: Qаdının tоydа bаşqа qаdınlаrın yаnındа rəqs еtməsi ...
Salamın cavabını vermək
Sual: Qadının naməhrəm bir kişiyə salam verəməsinə icazə verilirmi? Cavab: Fitnə şübhəsi və qorxusu olmadığı halda bir kişinin naməhrəm qadına və bunun əksinə (bir qadının naməhrəm kişiyə) salam verməsinə icazə verilir. Sual: Hər hansı bir qadının bir kişiyə — xüsusən də, hər iki tərəf gənclik mərhələsində ...
Səhabələri və Peyğəmbərin (s) zövcələrini təhqir
Sual: Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Sosial mediada imam Cavadın (ə) şəhadət günü ilə bağlı yürüş və “Əzəmiyyə” məntəqəsində bir dəstə insanın Öməri, Aişəni və başqalarını uca səslə təhqir etmələrini əks etdirən görüntülər yayımlanıb. Bu əməl, ali-dini mərcəiyyət tərəfindən ...Süni mayalanma
Sual: Mən (övladım olmadığı üçün) başqa qadından götürülən yumurta hüceyrə ilə süni mayalanma əməliyyatı aparılmasına məcburam. Başqa yad bir qadından götürülmüş yumurta hüceyrə ilə (məndən götürülmüş sperma) arasında həmin qadının uşaqlığından kənarda ...Sığorta müqaviləsi
Sığorta bir müqavilədir ki, onun əsasında olunan şəxs iltizam verir ki, aylıq, illik və yaxud bir dəfəyə olaraq müəyyən bir məbləği sığorta edənə versin və onun müqabilində sığorta edən şəxs də iltizam verir ki, sığortaya üzv olan şəxsə, yaxud adı sığorta müqaviləsində müəyyən olunan və müqavilənin onun xeyrinə ...
Şəri çəkilər
Sual: (Keçmişdə işlədilən) “bir noxud dənəsi qızıl”-ın çəkisi müasir dövrümüzdəki misqal və qram çəkiləri ilə müqayisədə nə qədərdir? Cavab: “Bir noxud dənəsi” sərraf misqalının iyirmi dörd payından biridir. Sərraf misqalı da qramın 4⁄64-ə bərabərdir. Demək, noxud ...
Şərt alış-verişi
Sual: Şərt alış-verişi icazəlidirmi? Cavab: Şərt alış-verişi adlanan alış-veriş növünün eybi yoxdur. Şərt alış-verişi budur ki, məsələn, min dinar qiyməti olan evi iki yüz dinara satılır. Lakin təyin olunmuş müddət ərzində məbləği müştəriyi qaytaracağı təqdirdə satıcının alış-verişi pozmaq ixtiyarında olması şərt ...Şeir
Sual: Oruc tutan, ehram bağlayan, hərəmdə olan şəxsə, eləcə də cümə axşamı və cümə günü şeir demək məkruhdurmu? Bu, haqq şeir, əhli-beytin (ə) mədhi və onların barəsində mərsiyə deməyə də şamildirmi? Cavab: Oruc tutana, Ramazan ayında, ehram bağlayana, hərəmdə olana, cümə günü və gecəsi şeir demək barədə ...Şahidlik etmək
Sual: Mövcud qanuna əsasən, on il keçdikdən sonra borc hökmdən düşür. Borc verən şəxs öz haqqını qorumaq üçün məsələn, 5 il bundan əvvəl borc verdiyini iddia edib iddiasına şahid tutması icazəlidirmi? Məzlum möminin haqqını qorumaq üçün şahidlərlərin zalim hakimin qarşısında ...
Təmizlik
Suаl: Mən kişi оlduğum hаldа bаldır, bud və sinədə оlаn tükləri təmizləməyim icаzəlidirmi? Cаvаb: İcаzəlidir. Suаl: Müqəddəs şəriətimizdə təmizliyə nə qədər əhəmiyyət vеrilir? Cаvаb: Müqəddəs şəriət təmizlik və pаklığа оlduqcа böyük əhəmiyyət vеrmişdir. Təkcə fəqihlərin istilаhındа «хəbəsdən pаklıq» ...
Ticarət məlumatları
Sual: Bizim ölkədə ticarət dövriyəsi barədə məlumaltların bir şəxs tərəfindən digərinə satılması qadağan edilir. Əgər bəzi şəxslər bu qanunlara müxalif çıxaraq həmin məlumatları başqasına satarsa bu muamilə düzgündürmü? Cavab: Əgər qanun cəmiyyətin mənafeyiniə xidmət edirsə möhtərəm Seyid həmin ...Təyəmmüm
Sual: İnsan dəstəmaz və yaxud qüslə yetəcək miqdarda su tapa bilməsə, nə etməlidir? Cavab: Təyəmmüm etməlidir. Sual: Çöldə çadırlarda tərəkəmə həyatı yaşayan şəxs, nə zamana qədər su axtarmalıdır? Cavab: Suyu tapacağına ümidini üzənə qədər su axtarmalıdır. Sual: İnsanın su ...Tаvаfdа аrtıq dövrə еtmək
Suаl: Vаcib tаvаfı yеddi dövrə və əlаvə оlаrаq təbərrük məqsədi ilə bir dövrə də yеrinə yеtirmək istəyən şəхsin tаvаfının hökmü nədir? Cаvаb: Bu, оnun tаvаfınа zərər еtməz. Suаl: Tаvаfının müəyyən dövrələrinin bаtil оlduğunu еhtimаl еdən şəхs əlаvə bir və yа bir nеçə dövrə еdə bilərmi ki, tаvаfdа ...
Uşаq оyunlаrı
Suаl: Uşаq оyunlаrı, оyuncаqlаr və yа kuklаlаr hаlаldır yохsа hаrаm? Cаvаb: Onları almаq və sахlаmаq icazəlidir. Lаkin vаcib еhtiyаta əsаsən, ruhu оlаn vаrlıqlаrın mücəssəmələrində (hеykəl və yа mаkеt) оlduğu kimi оnlаrı düzəltməkdən çəkinmək lаzımdır. Suаl: Хаrici dildə və uşаq mаhnısı səsləndirən оyuncаqlаrın аlış-vеrişinin ...
Unudaraq orucu batil edən bir əməl yerinə yetirmək
Sual: Səhv olaraq və ya oruc olduğunu unudaraq yemək yedim. Bu, orucumu batil edərmi? Cavab: Orucu batil etməz.Uşaq dünyaya gətirmək və sonsuzluq
Sual: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidirmi? Cavab: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidir. Baxmayaraq ki, bu, onun nəslinin kəsilməsinə və bir daha hamilə qalmamasına səbəb olacaq. Lakin ...Universitet tələbələrinin namaz və orucunun hökmü
Sual: Universitetdə (oranın yataqxanasında) bir il yarım qalmağı qarşısına məqsəd qoyan tələbənin namaz və orucunun hökmü nədir? Cavab: Əgər orada bir il yarım, yaxud daha çox müddət qalmağı qarşına məqsəd qoyarsa, oraya yerləşdikdən sonra həmin yer onun vətəni hökmünü daşıyacaq. Lakin vacib ehtiyata əsasən, ...
Ümumi küçə və səkilərdə alış-veriş etməyin hökmü
Sual: Bəzi market sahibləri mağazalarının qarşısında yerin üzərinə mal töküb dolanışığını təmin etmək istəyən şəxslərdən, alış-veriş etmələrinə icazə vermələri üçün pul tələb edirlər. Belə bir tələb etmə, icazəlidirmi? Cavab: Onların (mağaza sahiblərinin) buna haqqı yoxdur. Sual: Ümumi küçə, ...
Üzüm şirəsi
Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...Ümrə və həcdə qadnlarla bağlı hökmlər
Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...Üz tüklərini təmizləməyin və qаş аlmаğın hökmləri
Suаl: Subаy qаdının qаşlаrını аldırmаsı hаrаmdırmı? Cаvаb: Yаd kişinin yаnındа zinət hеsаb оlunmursа, hеç bir mаnеəsi yохdur. Suаl: Cənаb Sеyidin ərli qаdının məhərrəm аyının ilk оn günündə üzünün tüklərini аldırmаsı bаrədə rəyini öyrənmək istəyirəm. Cаvаb: Bunu hеç bir mаnеəsi yохdur. Lаkin ...
Vətənin hökmləri
Sual: Mən hər həftə sonu doğulduğum rayona ana-atamı görməyə gedirəm. Sualım budur ki, orada namazım tamamdır yoxsa qəsrdir? Cavab: Əgər əsl vətəninizdən gələcəkdə yaşamaq üçün bir daha oraya gayıtmayacağınıza əmin olacaq qədər birdəfəlik oranı tərk etmisinizsə namazınız orada qəsrdir. Amma orada 10 gün qalmaq ...
Vəhşət namazı
Sual: Vəhşət namazı nədir? Cavab: Vəhşət namazı, cənazənin qəbrə qoyulduğu ilk gecə, ölü üçün iki rəkət qılınan namaza deyilir. Sual: Vəhşət namazı necə qılınır? Cavab: Vəhşət namazı iki rəkət qılınır. Birinci rəkətdə Fatihədən sonra bir dəfə Ayətəl-Kürsi, ikinci rəkətdə Fatihədən sonra on ...Valideynə itaətlə bağlı bəzi hökmlər
Sual: Yaşadığımız yerdə bəzi (namazı, orucu olmayan) valideynlər övladlarını Məşhəd, Kərbəla kimi ziyarətlərə getməyə qoymurlar, dini dərslərə getməyə icazə vermirlər. Belə valideynlər istəmirlər ki, övladları dini biliklərini genişləndirsinlər, çünki övlad dində dərinləşsə valideynin dinə zidd olan sözünü ...Vəkillik
Sual: Vəkillik verərkən əqd (müqavilə) oxumaq lazımdırmı? Cavab: Vəkillik verərkən əqd oxumaq lazım deyildir. Bir şəxs, vəkil etdiyini anlatsa və qarşı tərəf də qəbul etdiyini anlada bilsə, kifayətdir. Məsələn, bir şəxs, malını satmaq üçün birinə versə və o, da malı qəbul etsə, vəkillik düzgündür.
Yerləşdiyi daşınmaz əmlakın mülkiyyəti məlum
Sual: Qərb ölkələrində böyük şirkətlər və müəssisələrdə işləyən insanlar ofislərdə gündəlik işlərinə gedib gəlirlər və onlar iş yerinin mülkiyyəti barədə heç bir şey bilmirlər. Həmin yerlərdə namaz qılmağın və syuy ilə dəstəmaz almağın hökmü nədir? Cavab: Mülkiyyət ...
Yalan
Sual: Sizin yalana verdiyiniz tərif nədir? Cavab: Yalan söyləmək haramdır. O, real olmayan bir şeyi xəbər verməyə deyilir. Ciddiyyət mövqeyində deyimiş yalanın haramlığı ilə zarafat mövqeyində deyilən yalanın haramlığı arasında da — vəziyyət və söz baxımından zarafat mövqeyindəkinin qarşılığı müəyyən ...Yaxşı kişi və qadının xüsusiyyətləri
Sual: Yaxşı kişi və yaxşı qadının xüsusiyyətləri hansılardır? Cavab: Ərinə əziyyət verməmək, ona qarşı pis davranmamaq və onu narahat etməmək yaxşı qadınn xüsusiyyətlərindəndir. Həmçinin arvadına əziyyət verməmək, onunla kobud davranmamaq və onu narahat etməməmk yxşı kişinin xüsusiyyətlərindəndir. Həzrət Rəsulullah (s) belə ...Yeməli və içməlilərin hökmləri
Sual: Xərçəngi, ilbizi və yaxud kreveti yemək, caizdirmi? Cavab: Dəniz məhsullarından pullu balıqların və krevetin yeyilməsi halaldır. Amma xərçəng kimi balıq olmayan və pullu olmayan balıqların yeyilməsi, caiz deyildir. Sual: Müsəlmanın içki məclislərində iştirak etməsi caizdirmi? Cavab: Bu ...
Ziyarət
Suаl: Qаdının аybаşı dövründə “Аşurа” ziyаrəti охumаsı icаzəlidirmi? Cаvаb: İcаzəlidir. Suаl: Bəziləri imаm Hüsеynin (ə) “Ərbəin” ziyаrətinin (sənədinin) zəif оlmаsını qеyd еdirlər. Bu bаrədə Sizin rəyiniz nədir? Cаvаb: Bu bаrədə dеyilən bеlə sözlərə qulаq аsılmаmаlıdır. Suаl: Hеyzli qаdının ...
Zəkat
Sual: Sizdən “mal zəkatı” barədə soruşmaq istəyirəm. Ümumiyyətlə “mal zəkatı” nə deməkdir və kimə vacibdir? Cavab: Zəkat şəriətdə vacib olan əməllərdəndir. Zəkat dörd şeydə vacibdir. 1. Mal-qara (dəvə, inək, qoyun). 2. Sikkə formasında olan qızıl və gümüş. 3. Dənli bitkilər (buğda, arpa, xurma və ...Ziyarət
Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...
Qadın və kişi münasibətləri
Sual: Kişinin qadına münasibəti necə olmalıdır? Qadın əlindən gəldiyi qədər ərinə xidmət edirsə və bunun qarşılığında lazım olan şəfqəti görmürsə, buna baxmayaraq ona xidmət etməkdə davam edirsə, Allah dərgahında bunun mükafatı varmı? Nə üçün qadın ərindən sirr saxlayarsa günah sayılır, amma əksinə, ...
Qəza orucunda iftar
Sual: Ramazan ayının qəza orucunda Günəş zenit nöqtəsini keçdikdən sonra iftar etmək olarmı? Cavab: Ramazan ayının qəza orucunda Günəş zenit nöqtəsini keçdikdən sonra iftar etmək olmaz. Bunu edən şəxsə kəffarə vacib olur. Kəffarə hər birinə dörddə üç kilo (750 qr.) yemək verməklə on kasıbı ...Qucаqlаşmа
Suаl: Səfər еdən müsəlmаn şəхs qаrşılаmа və yа yоlа sаlmа əsnаsındа insаnlаrın qаrşısındа həyаt yоldаşı ilə qucаqlаşıb оnu öpür. Bu əməl icazəlidirmi? Cаvаb: Hicаbа riаyət еdilməklə və еhtirаs yаrаtmаmаsı şərti ilə bu əməl hаrаm dеyil. Lаkin bеlə əməllərdən çəkinmək dаhа yахşıdır. Suаl: Hаvа limаnındа və ...Qumar alətləri
Sual: Nərd, qumar aləti olmasa, oynamaq haramdırmı? Cavab: Pulsuz olmasa belə, nərd oynamaq haramdır. Sual: Bir şeyin qumaq aləti olub-olmamasında meyar nədir? Cavab: Ürfdə qazanıb uduzmaq məqsədilə oynanan alətlər, qumar alətləridir. Sual: Şəkk etdiyimiz oyunlar barəsində rəyiniz nədir? Çünki ...
Xəstə şəxsin orucunun hökmləri
Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi? Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir. Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun ...
Xəstəliyin yayılmasını sürətləndirib ölümü
Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...Xüms bölgüsündə imam (ə) payının sərf olunması
Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!) etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...Xümsü sərf etmək üçün icazə almaq
Sual: Bir şəxs xüms verməsə də, amma hər il malından yoxsullara kor-koranə şəkildə paylayır. Həmin şəxs ölkəsində xümsün yoxsullara paylanmadığını əsas gətirərək belə edir. Cavab: Bununla (xümsün vacibliyi) onun üzərindən qalxmır. O, malının xümsünü hesablamalı və xümsü sərf etmək ...