Zəkat

Sual: Sizdən “mal zəkatı” barədə soruşmaq istəyirəm. Ümumiyyətlə “mal zəkatı” nə deməkdir və kimə vacibdir?

Cavab: Zəkat şəriətdə vacib olan əməllərdəndir. Zəkat dörd şeydə vacibdir.

1. Mal-qara (dəvə, inək, qoyun).

2. Sikkə formasında olan qızıl və gümüş.

3. Dənli bitkilər (buğda, arpa, xurma və kişmiş).

4. Ticarət malı. (Bu qismin zəkatının vacib olması ehtiyata əsasəndir). Zəkatın vacib olma şərtləri izahlı şəriət kitablarında qeyd olunmuşdur.

Sual: Ticarət malının zəkatı haşimi (seyid) və yaxud qeyrisinə halaldırmı?

Cavab: Haşiminin sədəqəsi, hətta zəkatı və fitrə zəkatı haşimi olana və qeyrisinə halaldır. Amma haşimi olmayan şəxsin sədəqəsi, əgər zəkat və ya fitrə zəkatı olarsa, haşimi olan şəxsə haramdır. Həmin mal sədəqə verilən şəxsə halal olmaz və sədəqə verən şəxsin öhdəsindən vacib əməl düşməz. Əgər zəkat və ya fitrə zəkatı  olmasa, istər məzalimin qaytarılması, kəffarələr, orucun fidyəsi kimi vacib olsun, istərsə də müstəhəb olsun, daha güclü rəyə əsasən, icazəlidir. Lakin bəlanın dəf olunması kimi az miqdarda verilən pul kimi sədəqələr zəlilik və alçatmaya səbəb olduğu üçün icazəli olması şübhəlidir.