Yeməli və içməlilərin hökmləri

Sual: Xərçəngi, ilbizi və yaxud kreveti yemək, caizdirmi?

Cavab: Dəniz məhsullarından pullu balıqların və krevetin yeyilməsi halaldır. Amma xərçəng kimi balıq olmayan və pullu olmayan balıqların yeyilməsi, caiz deyildir.

Sual: Müsəlmanın içki məclislərində iştirak etməsi caizdirmi?

Cavab: Bu məclislərdə yemək yemək və nə isə içmək haramdır. Amma sadəcə həmin məclislərdə iştirak etmək, vacib ehtiyata əsasən, haramdır.

Sual: Balina və yeyilməsi caiz olmayan balıqların yağından istifadə etmək, eyni zamanda ilbizi yemək və yaxud başqa yerlərdə istifadə etmək caizdirmi?

Cavab: Yeyilməsi caiz deyildir. Amma başqa yerlərdə istifadə etmək caizdir.

Sual: Qərb ölkələrində qida məhsulları satılan mağazalarla alver edirik. Amma həmin məhsulların tərkibinin nədən ibarət olduğunu bilmirik. Belə ki, onların tərkibində yeyilməsi və içilməsi halal və yaxud haram olan şeylər ola bilər. Tərkibinə baxmadan və yaxud tərkibi barədə soruşmadan onları yeyə bilərikmi?

Cavab: Tərkibində ət, yağ və onlardan hazırlanmış maddələr olmadığını bilsəniz, yeyə bilərsiniz.

Sual: Bəzi sirkələr şərabdan hazırlanır. Belə ki, fabriklərdə həmin şərablar emal olunaraq sirkəyə çevrilir. Buna görə də həmin sirkələr, arpa və yaxud digər sirkə çeşidlərindən seçilsin deyə, üzərinə “Şərab sirkəsi”- yazılır. Lakin həmin sirkə şüşələrini mağazaların rəflərində içki satılan şöbədə deyil, məhz sirkə satılan rəflərə düzüb satırlar.

Cavab: Ürfdə ona sirkə deyilsə - sualda da bu cür fərz olunur – sirkənin hökmü ona şamil olar.

Sual: Tibbi spirit bir çox dərman və siropların tərkibinə qatılır. Bu tərkibdə olan dərmanların içilməsi və istifadəsi caizdirmi? Tibbi spirt pakdırmı?

Cavab: Tibbi spirt pakdır və əgər spirt dərmanın tərkibində itəcək miqdarda qaılmışsa, həmin dərmanı içmək caizdir.

Sual: Üzərində “Alkaqolsuzdur”- yazılmış pivələri içmək caizdirmi?

Cavab: Əgər pivədən məqsəd (coşqunluq və daşqınlığa) səbəb olan arpa suyudursa – ki, zəif sərxoşluğa səbəb olur – halal deyildir. Amma bundan məqsəd; coşqunluq, daşqınlıq və sərxoşluğa səbəb olmayan arpa suyudursa (Alkaqolsuz arpa suyu), maneəsi yoxdur.

Sual: Bir müsəlman su içmək üçün bir masada oturarsa, tanımadığı başqa bir şəxs də eyni masada içki içmək məqsədilə əyləşərsə, müsəlmana həmin çayxananı tərk etməsi vacib olarmı?

Cavab: Həmin masadan qalxması vacibdir.

Sual: Müsəlmanın içki içilən süfrədə oturması, əgər o, həmin süfrə əhlindən sayılarsa, haramdır. Burda süfrə dedikdə nə nəzərdə tutulur; bir məclisdə bir neçə süfrə, yoxsa üzərində içki olan süfrə? Belə ki, əgər iki süfrə arasında fasilə olarsa, içki olmayan süfrəyə əyləşmək, caizdirmi?

Cavab: Süfrənin bir olması nəzərə alınmalıdır. Üzərində sərxoşedici içkilər olan süfrəyə əyləşəyin haram olması, ehtiyata əsasəndir. Bu süfrədən bir şey yemək və yaxud içmək də, güclü görüşə haramdır.

Sual: Şəriət qaydalarına uyğun şəkildə kəsilməyən heyvanın ətinin buxarı ilə bişirilmiş halal yeməkləri yemək, caizdirmi?

Cavab: Caiz deyildir. Çünki bu halda halal yemək, nəcis olan ətin buxarından çıxan su damlalarına toxunduğu üçün nəcis hökmündə olur.

Sual: Krevet kimi yengəcin də (müxtəlif çeşidləri ilə) yeyilməsi caizdirmi?

Cavab: Yengəci yemək, caiz deyildir.

Sual: Son zamanlar emal olunmuş balıq qutulurının üzərində balığın adı və şəkli vurulur. Bu qutularla balığın pullu olduğunu öyrənə bilirik. Balığın növünü təyin etmək  üçün bu ad və şəkillərə etmad edə bilərikmi?

Onu da qeyd etmək lazımdır ki, yalan məlumat vermək bu şirkətlərə böyük zərər verər. Hətta, bundan daha ağır nəticələr verə bilər.

Cavab: Məlumatın doğru olduğuna xatircəm olsanız, ona uyğun əməl etmək caizdir.

Sual: Balıqçı gəmiləri, tor vasitəsilə tonlarla balıq ovlayaraq satışa çıxarır. Müasir üsulla ovlanan balıqların dənizdən diri çıxması da bilinir. Şirkətlərin zərərə düşmək dorxusundan, balıqlar sudan ölü çıxdığı halda, onu demələri də mümkündür. Belə olan halda, qeyri-müsəlmaların satdığı bu balıqları, həmin yerlərdən ala bilərikmi?

Qeyd olunan balıqların sudan canlı çıxarıldığını öyrənməyin və ya bunu dəstəkləyəcək etibarlı bir şahid tapmağın həqiqətən də, çox çətin (və gerçəkləşməmiş) bir iş olduğu da məlumdur. Belə bir vəziyyətdə, toyuq, inək və qoyun ətinin İslam qaydalarına uyğun şəkildə kəsilib kəsilmədiyini təyin etməkdə çətinlik çəkdiyi üçün balıq ətinə üstünlük verən həssas müsəlmanların bu problemini həll etməyin bir yolu vardırmı?

Cavab: Müsəlman və yaxud qeyri-müsəlmandan almağın maneəsi yoxdur. Eyni zamanda qeyd olunan şəkildə ovlandığına əmin olduqdan və balığın pullu olduğunu bildikdən sonra yeyilməsinin də, maneəsi yoxdur.

Sual: Qərbdə jelatin maddəsindən bir çox yeyilən və içilən məhsulların tərkibinə əlavə etmək üçün istifadə edirlər. Həmin məhsulların yeyilməsi, caizdirmi? Həmçinin, bitkidən və yaxud heyvandan alınan jelatinin hökmü nədir? Jelatinin heyvandan alındığı təqdirdə, onu heyvanın sümüyündən yoxsa, başqa bədən üzvündən alındığı da məlum deyil. Həmçinin, həmin ətin, əti yeyilən heyvanın ətindən olub-olmaması da bilinmir.

Cavab: Jelatinin heyvandan, yoxsa bitkidən alındığına şəkk edilərsə, yeyilməsi caizdir. Amma heyvandan alındığı bilinərsə; heyvanın şəriət qaydasına uyğun şəkildə kəsilməsinə əmin olmayana qədər, yeyilməsi caiz deyildir. Hətta, heyvanın sümüyündən hazırlanmış olsa belə, yeyilməməsi ehtiyata uyğundur. Əgər onun xammalı kimyəvi əməliyyat nəticəsində istihalə olarsa, mütləq şəkildə, yeyilməsində maneə yoxdur. Eyni zamanda, yeyilən məhsulların tərkibinə, içində yox olacaq miqdarda qatılarsa və bu heyvanın şəriət qaydalarına uyğun şəkildə kəsilib-kəsilmədiyinə şəkk edərsə, yeyilməsinin maneəsi yoxdur.

Sual: Qeyri-müsəlman ölkələrdə istehsal olunan pendirlər buzov və yaxud başqa heyvanlardan alınan mayalardan hazırlanır. Bu mayaların İslam qaydalarına uyğun şəkildə kəsilmiş heyvanlardan alınıb alınmadığını, yaxud başqa bir vasitə ilə istihalə olub olmadığını da bilmirik. Belə olan halda, həmin pendirləri yemək caizdirmi?

Cavab: Maneəsi yoxdur.

Sual: Sahibinin içki satdığı super marketlərdə satılan və şəriət qaydalarına uyğun şəkildə kəsilən ətləri almaq, caizdirmi?

Cavab: Bəli, həmin ətləri almaq caiz və yemək də, halaldır. Hətta satıcının həmin əti şəriət qaydalarına uyğun şəkildə kəsdirdiyinə ehtimal versə və ət əvvəl qeyri-müsəlmanın əlində olmuş olsa belə, halaldır. Amma bu ehtimal verməsə, halal olmaz.

Sual: Bəzi Avropa ölkələrinin böyük dükan və bazarlarında, Avropa şirkətləri tərəfindən istehsal olunub qablaşdırılaraq üzərinə “Halaldır” və yaxud “İslam qaydalarına uyğun şəkildə kəsilmişdir”- sözləri yazılmış ətlərə rast gəlirik. Həmin ətləri almaq və yemək caizdirmi?

Cavab: Əmin olmayana qədər, yazının əhəmiyyəti yoxdur.

Sual: Müsəlman olamayan şirkətlərin İslam ölkələrində istehsal etdikləri ətlərin üzərində “İslam qaydalarına uyğun şəkildə kəsilmişdir”- yazılır. Həmin ətləri yemək caizdirmi? Əgər bu ətlər qeyri-müsəlman ölkələrdə, müsəlman şirkətlər tərəfindən istehsal olunarsa, yeyilməsi caizdirmi? İstehsalçı şirkət əcnəbi olsa və əcnəbi ölkədə istehsal etsə, hökmü nədir?

Cavab: Yazı etibarsızdır. Əgər istehsalçı müsəlman olsa və ya əksəriyyətinin müsəlman olduğu ölkədə istehsal olunsa, istehsalçının müsəlman olmadığı bilinməsə, yeyilməsi caizdir.

Amma istehsalçı müsəlman olmasa və ya əksəriyyətinin qeyri-müsəlman olduğu ölkədə istehsal olunsa, həmçinin istehsalçının da müsəlman olduğunu bilməsə, yeyilməsi caiz deyildir.

Sual: Bəzi qida məhsullarının tərkibinə (kolbasa,dondurma və s.) "E" kodlu məmulatlar qatılır (məsələn, E407,E471).
Bunların halal və haram olmasını seçməkdə çətinlik çəkirik.
Mümkünsə, bu kodlu məmulatlar barədə məlumat verin.
Allah Sizdən razı olsun.

Cavab: Sözü gedən şübhələrin - möhkəm dəlillərlə sübuta yetməsə, şəriət baxımından əhəmiyyəti yoxdur. Axtarış aparmaq vacib deyil.