Universitet tələbələrinin namaz və orucunun hökmü

Sual: Universitetdə (oranın yataqxanasında) bir il yarım qalmağı qarşısına məqsəd qoyan tələbənin namaz və orucunun hökmü nədir?

Cavab: Əgər orada bir il yarım, yaxud daha çox müddət qalmağı qarşına məqsəd qoyarsa, oraya yerləşdikdən sonra həmin yer onun vətəni hökmünü daşıyacaq. Lakin vacib ehtiyata əsasən, birinci ay namazlarını həm qəsr, həm də bütöv qılmalı, eyni zamanda orucunu həm tutmalı, həm də sonra onun qəzasını etməlidir. Amma on gün qalmaq niyyəti edərsə, orucunu tutub, namazını da bütöv qılacaq.