Toy mərasimləri
Sual: Bəyin qadınlar məclisinə daxil olması icazəlidirmi?
Cavab: Hicaba riayət olunması, (haramdan) qorunma və fəsad baş verməməsi şərti ilə icazəlidir.
Sual: Qadınların özlərinə məxsus toy məclisində rəqs etmələrinin hökmü nədir?
Cavab: Vacib ehtiyata əsasən, tərk olunmalıdır.
Sual: Qadınların özlərinə məxsus toy məclislərində açıq-saçıq geyinmələrinin hökmü nədir?
Cavab: Öz özlüyündə icazəlidir.
Sual: Qadınlara məxsus toylarda ğina (haram musiqi) oxumağın hökmü nədir?
Cavab: Ehtiyata əsasən, icazəli deyil.
Sual: Qadınlara məxsus toy məclisində iştirak edən bəyin eşitdiyi təqdirdə qadınların ğina oxumasının hökmü nədir?
Cavab: Kişilərin eşidəcəkləri təqdirdə, qadınların ehtirasa təhrik edəcək surətdə ğina oxumaları icazəli deyil. Hətta, ehtiyata əsasən, mütləq surətdə icazəli deyil.
Sual: Toy məclislərində ğina oxumaq, təbil və dəfdən istifadə etməyin hökmü nədir?
Cavab: Ehtiyata əsasən, toy məclislərində ğina icazəli deyil. Lakin musiqi alətlərinə gəlincə, ləhv və eyş-işrət məclislərinə uyğun tərzdə ifa olunmasa, heç bir maneəsi yoxdur.
Sual: Gəlinə qohumluğu çatan ata, qardaş, əmi və dayı kimi kişilərin müəyyən zaman müddətində qadınların toy məclisi qurulan yerə daxil olmalarının hökmü nədir?
Cavab: Fəsada səbəb olacaqsa, icazəli deyil. Adətən isə, fəsad baş verir.
Sual: Dindar gənclərin toy məclisi qurmaları barədə nə tövsiyə edərdiniz?
Cavab: Haram və ya şübhəli əyləncədən uzaq durmalarını tövsiyə edirəm. Hətta, bəzi dindarların məcliləsri belə əyləncə növünə şamildir. Belə ki, qadın ğina ləhni ilə əhli-beyt (ə)-ın mədhinə dair şeirlər oxuyur. Bu, şübhəlidir. Əgər belə şeirlər ləhv məclislərinə uyğun musiqi, dəf və başqa alətlərlə - toy məclislərində olduğu kimi - müşayət olunarsa, qəti surətdə haramdır. Əgər musiqi ilə muşayət olunmasa, ehtiyata əsasən, icazəli olmayan əməllərdəndir. Mikrafon vasitəsi ilə ləhv üslubunda səs çıxarmaq belə, şübhəlidir.
Sual: Hicaba riayət etməklə müsəlman və qeyri-müsəlmanlardan olan kişi və qadınların bir məkanda nişan məclisi təşkil etmələrinin hökmü nədir?
Cavab: Ehtiras təhrik edən izdiham icazəli deyil. Toy məclislərində ehtiras təhrik edən amillərin olması təbiidir. Buna görə də qadın və kişilərin ayrı olması vacibdir.
Sual: Nişan və toy məclislərinin dəvətnamələrində ərəb, ingilis və ispan dilində Quran ayəsi yazdırmaq istəyirik. Bu barədə rəyiniz nədir?
Cavab: İcazəlidir.