Talaq iddəsi

Sual: Xahiş edirəm, aşağıdakı hallarda iddənin hökmlərini bəyan edəsiniz:

1. Bir xanım ərindən uzun müddətdir ki, məsələn beş ildir ki, ayrılıb, lakın şəri talaq oxunmayıb. Həmin müddətdən sonra şəri talaq oxunarsa, xanım iddə gözləməlidirmi? Əgər gözləməlidirsə, iddənin miqdarı nə qədərdir?

2. Uzun müddətdən sonra, məsələn on oldən sonra, ərinin öldüyünün xəbərini eşidən xanım, iddə gözləməlidirmi? Əgər gözləməlidirsə, iddənin müddəti nə qədərdir?

Cavab: 1. Doqquz yaşı tamam olan və yaisə olmayan qadının əri onunla yaxınlıq edib təlaqını versə, təlaqdan sonra iddəsi başlayır. İki heyzinin arasındakı fasilə üç aydan az olan qadının iddəsi odur ki, əri paklığında ona təlaqını verəndən sonra o qədər gözləsin ki, iki dəfə heyz görsün və pak olsun. Üçüncü heyzi görən kimi onun iddəsi tamam olur və ərə gedə bilər, amma əgər yaxınlıq etməmişdən qabaq ona təlaq versə, iddəsi yoxdur, yəni təlaqdan sonra dərhal ərə gedə bilər, amma əgər ərindən xaric olan məni, (cəzb və ya ona oxşar yol ilə) qadının fərcinə daxil olsa, bu halda gərək iddə saxlasın.

Heyz görməyən qadın əgər heyz görən qadınlar yaşda olsa, ya iki heyzi arasındakı zaman fasiləsi üç aydan artıq olsa, belə ki, əri onunla yaxınlıq etdikdən sonra təlaq versə, gərək təlaqdan sonra qəməri tarixlə üç ay iddə saxlasın.

Əgər hamilə qadına təlaq versələr, iddəsi uşaq dünyaya gələnə qədər, ya siqt olana qədərdir. Buna görə də əgər təlaqdan bir saat sonra uşaq dünyaya gəlsə, iddəsi tamam olur, amma bu o haldadır ki, uşaq ərinin şəri övladı olsun. Buna əsasən əgər qadın zinadan hamilə olsa və əri ona təlaq versə, onun iddəsi, uşağa hamiləlik dövrü ilə tamam olmur.

2. Əri ölən qadın hamilə olmasa, gərək Qəməri ayla 4 ay 10 gün iddə saxlasın, yəni ərə getməkdən çəkinsin, hərçənd səğirə, yaisə, siğə, kafir, rici təlaq verilmiş iddə halında olsa, əri onunla yaxınlıq etməsə də, hətta əri uşaq və ya dəli də olmuş olsa, hökm eynidir. Əgər hamilə olsa, gərək doğana qədər iddə saxlasın. Amma 4 ay 10 gün keçməmişdən qabaq dünyaya gəlsə, gərək ərinin ölümündən sonra 4 ay 10 gün gözləsin. Bu iddəyə, vəfat iddəsi deyərlər.

Vəfat iddəsinin əvvəli əri qayib və ya qayib hökmündə olan halda, ərin ölümündən sonra yox, qadının ərinin ölümündən xəbərdar olmasından başlayır, amma bu hökm əgər qadın həddi-büluğa çatmamış, ya dəli olan surətdə işkallıdır, ehtiyata riayət etmək vacibdir.

Vəfat iddəsində olan qadına zinət libasları geymək və sürmə çəkmək haramdır. Həmçinin zinət hesab olunan başqa işlər də ona haramdır. Amma evdən çölə getmək ona haram deyil.

Sual: Bir qadın ərindən şəri talaq vasitəsilə boşanmışdir. Lakin onar dövlət qeydiyyatında hələ də ər-arvad sayılırlar. Belə ki, onlar, dövlət qeydiyyatı ilə boşanmayıblar. Bu halda qadın, talaq iddəsi bitdikdən sonra başqa kişilə evlənə bilərmi?

Cavab: Şəriət qaydası ilə talaq verilibsə, iddə bitdikdən sonra evlənməsi caizdir.