Sələmlə işləyən banklara mülk icarə etməyin hökmü

Sual: Bir şəxsin sələmli alış-veriş edən banka öz mülkünü icarəyə verməsi və bunun müqabilində icarə haqqı alması icazəlidirmi? Qeyd etməliyəm ki, icarəyə verən şəxs bankın sələmli alış-veriş etməsindən xəbərdardır. 

Cavab: İcarə düzgündür. Yalnız bu halda düzgün olmaya bilər ki, evin ancaq haram mənfəəti olsun ya da şərt etsinlər ki, haram yolda istifadə olunsun, yaxud da sövdələşmədən əvvəl haram istifadəni müəyyən etsinlər və müamiləni (sövdələşməni) onun əsasında qursunlar, bu hallarda müamilə (sövdələşmə) batildir.