Qatarda və maşında namaz qılmağın hökmü

Sual: Aydın məsələdir ki, heyvanın tərkində, yaxud maşında namaz qılan şəxsin qibləsi, miniyinin üz tutduğu istiqamətə olur. Onun öz bədənini, xüsusilə də üzünü qiblədən çevirməsi, namazının düzgünlüyünə təsir edərmi?

Cavab: Tərkində olduğu heyvanın, yaxud maşının üz tutduğu istiqamətin - belə ki, oturması ilə namazın batil olduğu əks istiqamətin - qiblə olması, düşündürücü və hətta, qadağandır. Amma ehtiyata əsasən, qibləyə uğun olmasa belə, namazın başlanğıcında miniyin üz tutduğu istiqamətdən ixtiyari halda üz çevrilməsin. Qeyd olunanlar müstəhəb namaza aiddir. Lakin vacib namazda qibləyə riayət olunmalıdır.

Sual: Qatarda və maşında namazlarımızı necə qılmalıyıq? Bu halda bir şeyin üzərinə səcdə etməyimiz vacibdir, yoxsa (səcdə etmək məqsədilə) əyilmək kifayət edər?

Cavab: Bu halda namazı mümkün olduğu qədər (şəriətdə müəyyən edilərək) seçilmiş namaza uyğun formada qılmaq vacibdir. Namazın bütün hallarında, müyəssər olduğu qədər, qibləyə riayət olunmalıdır. Əgər bütün hallarda üzü qibləyə dayanmaq mümkün olmasa, imkan daxilində “təkbirətul-ehram”- deyilərkən qibləyə riayət olunmalıdır. Əks təqdirdə, üzü qibləyə dayanmağın şərt olması, aradan qalxar. Həmçinin ruku və səcdələri sərbəst şəkildə yerinə yetirmək mümkün olduğu təqdirdə, (ruku və səcdələri sərbəst şəkildə) icra etmək vacibdir. Eyni zamanda qatarın, yaxud avtobusun dəhlizində namaz qılmaq mümkün olsa, (namazını dəhlizdə qılması) vacibdir. Amma dəhlizdə namaz qılmaq mümkün olmadığı təqdirdə, ruku və səcdələr üçün deyiləcək miqdarda əyilə bilirsə, həmin miqdarda əyilməsi vacibdir.

Səcdələrdə alın üzərinə səcdə olunacaq əşyanın - onu (alına doğru) qaldırmaqla belə olsa, üstünə qoyulmalıdır. Qeyd olunan miqdarda əyilmək mümkün olmasa, ruku və səcdənin əvəzindən işarə etmək, kifayət edər. Belə olan halda alnını, üzərinə səcdə etmək düzgün olan əşyanın üzərinə qoymaq vacib deyil. Baxmayaraq ki, bu halda alnını, üzərinə səcdə etmək düzgün olan əşyanın üstünə qoyması, müstəhəb ehtiyatdır.

Sual: Bir çox hallarda tələbə universitetə gedərkən yolda namaz vaxtı daxil olur. Universitetə çatana qədər isə namazın vaxtı artıq çıxmış olur. Tələbə vacib namazını maşında qıla bilərmi? Baxmayaraq ki, onun namaz qılması üçün başqa yerlər də var. Amma namaz qılmaq üçün (həmin yerlərə) getməsi, dərsə gecikməsi ilə nəticələnəcək.

Cavab: (Maşından) yerə düşüb bütün şərtlərə riayət etməklə namaz qılmaq mümkün olduğu halda, dərsə gecikmək, namazı bəzi şərtlərin olmaması ilə maşında qılması üçün əsas deyildir. Bəli, əgər dərsə həmin (vaxt) miqdarında gecikməsi, onun əhəmiyyət veriləcək qədər zərərə düşməsinə, yaxud adətən dözülməz ağır sıxıntı ilə üzləşməsinə səbəb olacaqsa, bu halda onun riayət edə bilmədiyi bəzi şərtlərin olmaması ilə maşında namaz qılması, icazəlidir.