Qumar alətləri
Sual: Nərd, qumar aləti olmasa, oynamaq haramdırmı?
Cavab: Pulsuz olmasa belə, nərd oynamaq haramdır.
Sual: Bir şeyin qumaq aləti olub-olmamasında meyar nədir?
Cavab: Ürfdə qazanıb uduzmaq məqsədilə oynanan alətlər, qumar alətləridir.
Sual: Şəkk etdiyimiz oyunlar barəsində rəyiniz nədir? Çünki bilyard kimi bəzi oyunlar həzrət Peyğəmbər(s)-in dövründə olmayıb və bəziləri həmin oyunların haram olduğuna etiqad edir.
Cavab: Yaşadığınız məntəqənin ürfündə həmin oyunlar qumar alətlərindən sayılmırsa, maneəsi yoxdur.