Quran xətmi

Sual: Bir nəfər, başqa bir şəxsdən Quran-kərim xətm edib onun savabını ölənlərinin ruhuna hədiyyə etməyi xahiş edib. Həmin şəxs öz ölənlərini də həmin Quran kərimin xətminin savabına şərik edə bilərmi? Bu hökmdə xətmin pul müqabilində və yaxud ücrətsiz yerinə yetirilməsi arasında fərq varmı?

Cavab: Zəhmət haqqı verilməyibsə, eybi yoxdur. Amma zəhmət haqqı alıbsa, pulu verənin istəyinə uyğun əməl etməlidir.