Qəza orucunun təxirə salınması

Sual: Həyat yoldaşım hamilədir. Üzürlü səbəbdən keçən ilin Ramzan ayından öhdəsində qəza orucları qalıb. Bu son günlərdə qəza oruclarını tutmaq istədi, lakin hamiləliyin axırıncı ayında olduğu üçün oruc tuta bilmədi. İndi onun hökmü nədir?

Cavab: Ramazan ayından sonra hər günün əvəzindən 750 qram qida məhsulu verməklə yanaşı (əvvəlki Ramazandan tutmadığı günlərin) qəza oruclarını tutmalıdır.

Sual: Mənim öhdəmdə keçən Ramazan ayından 6 gün qəza orucu var. Bu ilin Ramazan ayı daxil oldu, lakin mən hamilə olduğum üçün qəza oruclarımı tuta bilmədim. Hamiləlikdən azad olduqdan sonra tutacağam. Bu halda mənə kəffarə ödəmək vacibdirmi? Kəffarənin miqdarı nə qədərdi?

Cavab: Ramazan ayından sonra qəza oruclarını tutmalı və hər günün əvəvzindən təxir kəffarəsi, yəni fəqir insana 750 qram un, xurma və bu kimi qida məhsulu verməlisən.

Sual: Bir hamilə qadın keçən Ramazan ayında özünə və bətnindəki uşağa zərər etdiyi üçün oruc tutmamışdır. İlin qalan aylarında xəstə olduğu və uşağına süd verdiyi üçün qəzalarını da tuta bilməmişdir. O, cərrahiyyə əməliyyatı keçirdiyi üçün oruc tutmaq onun səhhətinə pis təsir edir. Kəçən Ramazan ayının qəza oruclarını gələn Ramazan ayından sonra tutması icazəlidirmi?

Cavab: İcazəlidir. Lakin Ramazan ayı hamiləliyinin son günlərinə təsadüf edibsə (qəza ilə yanaşı), fidyə də verməlidir. Əgər il boyu xəstə olubsa və bu xəstəlik onun qəza oruclarını tutmasına imkan verməyibsə, ehtiyata əsasən, ona qəza oruclarını tutmaq – Ramazan ayında oruc tutmamasına səbəb hamiləlik amili olduğu halda – əlavə olaraq yenə kəffarə vermək vacibdir. Fidyə bir fəqiri doydurmaqdır. Bunun üçün 750 qram un, xurma və bu kimi qida məhsulu verməsi yetərlidir.

Sual: Həyat yoldaşım hamiləliyin doqquzuncu ayında olduğu üçün keçən Ramazan ayında oruc tutmamışdır. Şəri hökmü izah etməyinizi xahiş edirəm.

Cavab: Sonradan qəzasını yerinə yetirməli, hər günün əvəzindən fidyə olaraq 750 q buğda və ya çörək verməlidir.

Sual: Heyz olduğu üçün Ramazan ayında oruc tuta bilməyən və qəzasını yerinə yetirməyən qadının hökmü nədir? Həmin günün orucunun qəzasını tutmaq vacibdirmi?

Cavab: Əgər növbəti Ramazan ayına kimi qəza orucunu tutmasa, (qəza orucu ilə yanaşı) hər günün əvəvzindən təxir kəffarəsi, yəni fəqir insana 750 qram un, xurma və bu kimi qida məhsulu verməlidir.

Sual: Öhdəsində üç ilin Ramazan ayınından qəza orucları olan bir qadın biganəlik göstərərək qəza oruclarını tutmamış, indi isə yerinə yetirmək istəyir. Onun ümumi qəza orucu niyyət etməsi kifayətdir, yoxsa qəza oruclarını niyyət edərkən tərtibə riayət etməlidir? Qəza orucunu təxirə saldığı üçün (pulla) nə qədər kaffarə ödəməlidir?

Cavab: Tərtibə riayət etmək vacib deyil. Hər günün əvəzindən təxir kəffarəsi olaraq 750 qram un, çörək, xurma, düyü və ya bu kimi qida məhsulları verməlidir. Pul vermək yetərli deyil. Bəli, etibar etdiyin din alimlərindən birinə müraciət edib pulu ona verə bilərsən.

Sual: Həyat yoldaşımın öhdəsində qəza orucları vardı. Bu ilin Ramazan ayı daxil oldu və onun öhdəsində bir günün qəza orucu qaldı. Həmin günün qəza orucunu tutmalıdırmı, yoxsa bu halda başqa hökm var?

Cavab: Qəza ilə yanaşı fidyə də verməlidir. Fidyə üçün 750 qram buğda və ya çörək vermək yetərlidir.