Peyk kanalları

Sual: Televizora və peyk kanallarına baxmağın hökmü nədir?

Cavab: (Baxılması) halal olan verilişlərə baxmağın, maneəsi yoxdur.

Sual: Televizorda “Qəfəs” kimi (bir-birinə yad) qadınların və kişilərin bir evdə yaşamasını yayımlayan verilişlərə baxmağın hökmü nədir?

Cavab: Ehtirasların oyanmasına və fəsadın yayılmasına səbəb olduğu təqdirdə, həmin verilişə baxmaq icazəli deyil.

Sual: Əqidə baxımından azdırıcı sayılan peyk kanallarına baxmağın hökmü nədir?

Cavab: Əgər azdırıcı və puç sözlərin təsirinə düşməyəcəyinə əmin olarsa, icazəlidir.

Sual: Erotik peyk kanallarına baxmağın hökmü nədir?

Cavab: Ehtirasla baxmaq, icazəli deyil. Hətta ehtirassız baxmaq da, ehtiyata əsasən, icazəli deyil.

Sual: Bəzi kanalların futbol yarışlarının yayım hüququnu əldə edib insanları ödəniş etmədən həmin kanallara baxmasının qarşısını almaqla inhisarçılıq etmələrinin hökmü nədir? Həmin kanalların şifrələrini açan saxta kartları almağın hökmü nədir?

Cavab: Bu işdə inhisarçılıq etmək və həmin kartları almaq, icazəlidir. Amma başqasının toxunulmaz malını (icazəsiz) istifadə etmək sayılarsa, həmin şifrələri açmaq icazəli deyil.

Sual: Bəzi telekanallar aylıq ödəniş müqabilində fəsad olmayan verlişlər yayımlayır. Lakin həmin kanallar gecə yarısı erotik filmlər yayımlayır. Belə olan halda, həmin kanallara (ödəniş edib) qoşulmaq, icazəlidirmi?

Cavab: Erotik verlişlərə baxmayacağına əmin olmasa, qoşulması icazəli deyil.

Sual: Peyk kanallarında işləməyin hökmü nədir?

Cavab: Fəsad və azğınlığın yayılmasında iştirak etməyəcəksə, öz-özlüyündə maneəsi yoxdur.