Orqanların köçürülməsi ilə bağlı hökmlər

Sual: Diri şəxsin bədəninə köçürmək üçün ölmüş müsəlmanın gözünü, əlini və bu kimi orqanlarını kəsmək caizdirmi?

Cavab: Caiz deyildir.

Sual: Diri şəxsin bədəninə köçürmək üçün ölmüş müsəlmanın gözünü, əlini və bu kimi orqanlarını kəsməyin hökmü nədir?

Cavab: Diyə (qan bahası) ödəməlidir və kəsilmiş orqanı da dəfn etmək vacibdir.

Sual: Köçürmədən sonra orqan bədənin canlı üzvünə çevrilərsə, onu kəsmək lazımdırmı?

Cavab: Onu kəsmək vacib deyil.

Sual: Əgər bir müsəlmanın həyatını qurtarmaq, ölmüş müsəlmanın orqanlarından birini kəsməkdən asılı olarsa, nə etmək lazımdır?

Cavab: Bu halda, onu kəsmək caizdir. Lakin onu kəsən, diyə ödəməlidir.

Sual: Müsəlmanın bədəninə köçürülmüş orqanın hökmü nədir?

Cavab: Həmin orqan bədənin bir üzvü sayılır və diri bədənin hökümləri ona da şamil olur.

Sual: Hali həyatda olan müsəlmanın bədən üzvlərindən birinin kəsilməsi, ölmüş şəxsin bədəninin bir hissəsinin kəsilməsindən asılı olarsa, onu kəsmək caizdirmi?

Cavab: Caiz deyildir.

Sual: Əgər bir şəxs ölümündən sonra bədən üzvlərindən birinin kəsilib diri şəxsin bədəninə köçürülməsini – diri şəxin həyatı köçürülən üzvə bağlı olmasa belə - vəsiyyət edərsə, bu vasiyyətin keçərli olması və nəticədə bədən üzvünün kəsilməsi caizdirmi?

Cavab: Bunun caiz olması çətindir. Amma bu halda, üzvü kəsənə diyə vacib olmaz.

Sual: Diri olan şəxsin bədəninin bir hissəsini, öz razılığı ilə başqa birinin bədəninə köçürmək caizdirmi?

Cavab: Bu məsələnin iki tərəfi vardır:

1.     Əgər onun kəsilməsi, şəxsin bədəninə əhəmiyyətli dərəcədə zərər vurarsa, məsələn, göz, əl və ayaq kimi üzvlərin aradan getməsinə səbəb olarsa, caiz deyildir.

2.     Bədənə çox zərər vurmasa, məsələn, bir miqdar ət və yaxud dərinin aradan getməsinə səbəb olarsa, caizdir. Bu işin qarşılığında pul almaq da, caizdir.