Oruc halında ətir və sürmədən istifadə etmək olarmı?

Sual: Tərin qarşısını alan maddələrdən və dəriyə hopan tibbi mərhəmlərdən istifadə etmək orucu batil edirmi?

Cavab: Bunlardan istifadə etmək, orucu batil etmir.

Sual: Sürmə və ətirdən istifadə etmək orucu batil edirmi?

Cavab: Batil etmir.

Sual: Oruc halında üzə krem çəkmək olarmı?

Cavab: Oruca zərər yetirmir.

Sual: Oruc tutan şəxs “koloniya” ilə ətirlənə bilərmi?

Cavab: Pak olduğu halda, ətirdən istifadə etməyin maneəsi yoxdur.

Sual: Qarışıq və təbii ətirləri iyləmək orucu batil edirmi?

Cavab: Qeyd olunanlardan heç biri boğaza çatmadığı təqdirdə, orucu batil etmir.