Oruc halında siqaret çəkmək olarmı?

Sual: Seyid Sistani cənabları oruc halında siqareti tərk edə bilməyən şəxs üçün Ramazan ayında siqaret çəkməyin caiz olması barədə fətva veribmi?

Cavab: Seyid cənabları belə bir fətva verməyib və onun nəzərində siqaret çəkmək, vacib ehtiyata əsasən, orucu batil edir. Siqaret çəkən Ramazan ayının orucu ərəfəsində özünə nəzarət edib siqaret çəkməkdən imtina etməlidir. Lakin əgər o, hər hansı bir səbəbdən siqaret çəkərsə, bu halda günün qalan hissəsini tələb olunan rəca qəsdi ilə imsak etməlidir (yeyib-içməkdən çəkinməlidir). Sonra isə ehtiyata əsasən, qəzasını yerinə yetirməlidir.

Sual: Ramazan ayında siqaret çəkməyin hökmü nədir? Əgər oruc tutmayan mənim yanımda siqaret çəkərsə və mən də oruc halında olsam, bunun hökmü nədir?

Cavab: Siqaret çəkmək, ehtiyata əsasən, orucu batil edir. Yaxınlığında siqaret çəkilərsə, sənə (orucuna) zərər etməz.

Sual: Siqaret çəkmək orucu batil edən əməllərdən sayılırmı?

Cavab: Vacib ehtiyata əsasən, oruc tutan qəliz (qatı) tüstünü boğazına daxil etməkdən çəkinməlidir.

Sual: Siqareti tərk edə bilməyən şəxsə, Ramazan ayında siqaret çəkməsi caizdirmi?

Cavab: Ehtiyata əsasən, caiz deyildir.