Namazı tərk edən şəxsin hökmü

Sual: Sübh namazını ardıcıl, amma bilməyərəkdən və qeyri-ixtiyari olaraq tərk etməyin hökmü nədir?

Cavab: Əgər bu, namaza qarşı əhəmiyyətsizlik hesab olunarsa, icazəli deyil.

Sual: Namazı tərk edən şəxsin yenidən namaza başlaması icazəlidirmi? Belə olan halda keçmişdəki (keşmişdə qılmadığı) namazların hökmü nədir?

Cavab: Namaza yenidən başlaması vacibdir. O, keçmişdə qılmadığı namazların - (sayına) əmin olduğu miqdarında – qəzasını yerinə yetirməlidir.

Sual: Namazı tərk edən şəxsin hökmü nədir və o, qəzanı necə yerinə yetirməlidir?

Cavab: Həmin şəxs Rəbbindən bağışlanmaq diləməli və qılmadığı namazları qəza etməlidir. Onda (qəzalarda) tərtib yoxdur.

Sual: Namaza əhəmiyyət verməyən şəxslə necə rəftar olunmalıdır?

Cavab: Onu yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirmək, namazın əhəmiyyətini və onun dinin sütunu olduğunu, əgər namaz qəbul olunarsa, digər əməllərinin də qəbul olunacağını, qəbul olunmasa, başqa əməllərinin də qəbul olunmayacağını, cəhənnəm əhlindən getdikləri və sonda nail olduqları aqibət barədə soruşulduqda “Biz namaz qılan deyildik”- söyləmələrini xatırlatmaq, həmçinin onu küfrə cəsarət etməkdən və onun təhlükəli sonluğundan çəkindirmək lazımdır.