Namazı tərk edən

Sual: Mən namaz qılmayan bir kişi ilə evlənmək istəyirəm. Bunun şətiət baxımından maneəsi varmi?

Cavab: Əgər azğınlığa düşmək qorxusu varsa, caiz deyildir.

Sual: Namaz qılmayanın evində yemək yeyib namaz qılmaq caizdirmi?

Cavab: Maneəsi yoxdur.

Sual: Namazı tərk edib qılmayan şəxs hansı halda, kafir və yaxud nəcis olur?

Cavab: Namazı tərk edib qılmamaq, hər nə qədər böyük günahlardan sayılsa da, insan bu əməllə kafir olmaz.

Sual: Namaz qılmadığını bildiyimiz insanların evinə gedib-gəlmək caizdirmi?

Cavab: Maneəsi yoxdur. Amma “pislikdən çəkindirmə” ehtimalı olmalıdır. Əgər təsir etməyəcəyinə ehtimal edərsə, vacib ehtiyata əsasən, ikrah hissini bildirməlidir.